İDMAN

ÜST koronavirusun üçüncü dalğasını ən məşhur əyləncəyə bağladı

Almaniya Kansleri Angela Merkel də bir müddət öncə AVRO-2020 matçının Londondakı "Uembli" stadionunda dolu tribunalarla keçirilməsindən narahatlığını ifadə etmişdi. 
Sputnik

BAKI, 3 iyul - Sputnik. Ümumdünya Səhiyyə Təşkilatının fövqəladə hallar üzrə baş zabiti Ketrin Smollvud deyib ki, futbol üzrə Avropa çempionatının ev sahibləri olan şəhərlərdə insanların toplaşması koronavirusa yoluxma hallarını artırıb.

Sputnik Azərbaycan xarici mediaya istinadən bildirir ki, təşkilat azarkeşlərlə bağlı məhdudiyyətlərin olmamasının pandemiyanın yeni dalğasının yaranmasına səbəb olacağı fikrindədir.

"Biz təkcə stadionlara baxmalı deyilik. Biz insanların oraya necə gedib çatdığını, dopdolu avtobuslarda necə getdiklərini nəzərə almalıyıq. Onlar stadionu tərk etdikdən sonra isə dolu bar və pablara üz tuturlar", - Inside the Games Smollvudun sözlərini sitat gətirib.

AVRO-2020

Futbol üzrə Avropa çempionatı koronavirus pandemiyası səbəbindən 2021-ci ilə keçirilib. Turnirin əksər oyunları tribunaların 20%-i həcmində tutumu icazəsi ilə keçirilib. Ancaq Budapeştdəki "Puşkaş Arena"da məhdudiyyətlər olmayıb, Macarıstandakı oyunlara 61 min nəfərin gəlmək imkanı olub. 

Ötən həftə Böyük Britaniya hökuməti yarımfinal və final oyunlarına 60 mindən çox azarkeşi buraxacaqlarını təsdiqləyib.

Almaniya Kansleri Angela Merkel də bir müddət öncə AVRO-2020 matçının Londondakı "Uembli" stadionunda dolu tribunalarla keçirilməsindən narahatlığını ifadə etmişdi. 

AVRO-2020 Bakı oyunları

Bakı Olimpiya stadionunda ümumilikdə dörd oyunun keçirilməsi nəzərdə tutulub. "A" qrupunda iyunun 12-də İsveçrə-Uels (1:1), iyunun 16-da Türkiyə-Uels (0:2), iyunun 20-də İsveçrə-Türkiyə (3:1) oyunları artıq keçirilib. Bundan əlavə, bu gün, iyulun 3-də burada AVRO-2020 1/4 final oyunlarından biri - Danimarka-Çexiya oyunu baş tutacaq.

AVRO-2020-nin Bakıdakı təşkilat komitəsi ilə AR Nazirlər Kabineti yanında Operativ Qərargah Bakı Olimpiya Stadionunun Avropa çempionatı oyunları zamanı tribunaların 50%-i həcmində azarkeş qəbul edəcəyinə zəmanət vermişdilər. Bakıda AVRO-2020-nin matçlarının iştirakçı ölkələrindən olan, bilet almış və ya UEFA-nın akkreditasiyasına malik əcnəbi azarkeşlər isə Heydər Əliyev aeroportunda sadələşdirilmiş qaydada viza ala bilərlər.

Eləcə də oxuyun: