CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakının istisi: Danimarka millisi çexlərə qalib gələrək AVRO-2020-nin yarımfinalına çıxıb

RİA Novosti-nin müxbiri Sergey Fuksun Avropa çümpionatının Bakıda keçirilən dörddəbir final oyunundan reportajı.
Sputnik

Danimarka millisi Çexiya komandasını futbol üzrə Avropa çempionatının dörddəbir final oyununda məğlub edib. Şənbə günü Bakıda keçirilən oyun 2:1 hesabı ilə Skandinaviya komandasının xeyrinə başa çatıb.

DANİMARKALILAR ŞƏHƏRİ İSTİLA EDİBLƏR

Danimarka fanatları üçün pley-off oyunları təkcə öz sevimli komandaları ilə vəhdətdə olmaq imkanı deyil, həm də səyahət etmək üçün əla fürsətdir. Skandinaviyalıların qrup mərhələsində üç oyunu Kopenhagendə keçirilib və yalnız 1/8 final oyununda danimarkalılar AVRO-nun dadını öz evlərində deyil, xaricdə çıxara bildilər.

Düzdür, o qədər də uzağa getmək lazım olmadı – Amsterdama. Amma bunun əvəzində Uels komandası üzərində qələbə danimarkalı futbol həvəskarlarına əsl sərgüzəşt – Bakıya səyahət hədiyyə etdi.

Bakının istisi: Danimarka millisi çexlərə qalib gələrək AVRO-2020-nin yarımfinalına çıxıb

Onu da demək lazımdır ki, onlar bu imkandan gen-bol istifadə ediblər. Azərbaycan paytaxtına min nəfərdən çox danimarkalı gələrək şəhərə əsl bayram əhval-ruhiyyəsi gətirib. Skandinaviyalı fanatlar geniş küçələrlə ora-bura getməyərək, mərkəzləşdirilmiş şəkildə yerli barlardan birinin ərazisini işğal etdilər.

İçilmiş hər litr pivədən sonra azarkeşlər daha da səs-küylü, ünsiyyətcil və dostpərvər olurdular. Populyar milli mahnılarını və çağırışlarını dilə gətirərək onlar özlərinin mini-fstivalına yerli sakinləri də cəlb ediblər. Tez-tez barın yerləşdiyi küçədə digər yığmaların rəmzləri ilə gəzən azarkeşlər də görünürdü və elə həmin dəqiqə də skandinaviyalılar tətəfindən mehriban istehza payını alırdılar. Beləliklə, təqribən 50-yə yaxın danimarkalı azarkeş paltarında alman yığmasına dəstək şüarı yazılmış gəncin üzərinə düşərək sevimli komandasının artıq evə yollandığını xatırlatdı. Başına üzərinə Rusiya yazılmış gəncə isə əyani qarşılaşmanın hesabını gülə-gülə xatırlatdılar. Amma nədənsə onlar, sanki qəsdən Artyom Dzübanın vurduğu qolu yaddan çıxararaq 4:0 qışqırırdılar. Amma, indi daha o qolu kim xatırlayır ki?

Çexiya azarkeşlərinin sayı isə dəfələrlə az idi. Bunun səbəbi isə Çexiyada kovid əleyhinə sərt tədbirlərdir. Belə ki, qaydalara əsasən, səyahətçilər Vətənə qayıdandan sonra karantinə yerləşdirilməlidirlər. Bakı mehmanxanalarından birində deyildiyi kimi, bu səbəbdən bir çox çexlər ən son məqamda otaqların bronlanmasını ləğv ediblər. Düzdür, çexlərin olmamasını danimarkalı fanatlar kompensasiya etdilər və nədən AVRO-nun əsas görməli elementlərindən olduqlarını aydın şəkildə nümayiş etdirdilər.

DANİMARKA DAHA DƏQİQ İDİ

Oyundan əvvəl Bakıda havanın isti olmasına çox diqqət yetirilirdi. Şəhərdə olan temperatura görə Bakını yalnız Budapeşt və Sankt-Peterburqla müqayisə etmək olardı. Oyun başlananda termometr 30 dərəcəni göstərirdi və hələ havanın rütubətliliyinin yüksək olmasını demirik. Lakin bu, komandalara oyunun ilk dəqiqələrindən yüksək tempdə oynamağa mane olmadı. Uzun ötürmələrlə turnirin ən yaxşı bombardirini – Patrik Şiki axtaran çexlər daha fəal idilər. Danimarkalılar nəinki buna tab gətirdilər, hələ üstəlik erkən qol da vurdular: 5-ci dəqiqədə künc zərbəsindən sonra danimarkalıların yarımmüdafiəçisi Tomas Dileyni topu tora göndərdi.

Bakının istisi: Danimarka millisi çexlərə qalib gələrək AVRO-2020-nin yarımfinalına çıxıb

Elə təəssürat yarana bilərdi ki, bundan sonra Danimarka komandası qapanaraq bir avtobus kimi qapısıının ağzında dayanacaq. Lakin Kasper Yulmanın komandasında belə xasiyyət yoxdur.

Çexiya millisi topa nəzarəti ələ aldı və onu tez-tez Şikə tərəf atırdı. Lakin çexlər tez-tez geri baxmalı olurdular. Orada isə rəqib komandanın hücumçusu Martin Breytveyt və yarımmüdafiəçi Mikkel Domsqorq öz şanslarını gözləyirdilər. Onlar bir neçə dəfə gözəl qurulmuş kombinasiyaları qola çevirməyə yaxın oldular, lakin son anda ya uğur, ya da son ötürmə çatmırdı. Bununla yanaşı, çexlərin də çoxlu əlverişli məqamları oldu. Məsələn, yarımmüdafiəçi Tomaş Qoleş iki dəfə qol vurmağın bir addımlığında idi, lakin danimarkalıların qapıçısı Kasper Şmeyxel əla oyun nümayiş etdirdi.

38-ci dəqiqədə skandinaviyalılar rəqibə tutarlı cavab verdilər: sol tərəfdən müdafiəçi Yoakim Mele qapıya tərəf ötürmə etdi ki, onu da Kasper Dolberq heç bir maneə hiss etmədən qola çevirdi. Belə demək olarsa, pley-off mərhələsi Dolberqin benefisidir. Axı Uelslə oyunda o, dubl edib, halbuki turnirin həlledici mərhələsindən öncə heç əsas heyətdə görünməmişdi də.

Fasilədə Çexiya millisini baş məşqçisi iki əvəzetmə etdi ki, bu da oyuna lazımi sürət verdi. Demək olar ki, dərhal nəticə də oldu – Şik vəziyyətdən əla istifadə edərək topu Şmeyxelin qapısının aşağı küncünə göndərdi - 1:2.

Beləliklə, turnirdə 5-ci qolunu vuran Patrik ulduz sələfi Miloş Baroşun 2004-cü il AVRO-sundakı nailiyyətini təkrar etdi. Bu lokal uğurdan sonra bütün qalan vaxtı çexlər rəqibin cərimə meydançası yanında oldular. Lakin danimarkalıların çox hərəkətli müdafiəsini yarmaq üçün sürət və dəqiqlikləri çatmadı. Yulman həlledici məqamlarda və lazımlı mövqelərdə əvəzetmələr edərək danimarkalıların "çökdüyü" yerlərdə oyunu canlandırdı. Oyunun keyfiyytlə idarə olunması sayəsində Çexiya millisinin şansı qalmadı, rəqib isə ildırım sürətli əks-hücumlarla komandanı narahat etməkdə davam edirdi.

Son 15 dəqiqə ərzində çexlər daha çox asma ötürmələrdən istifadə etdilər, lakin rəqibin müdafiəsinin mərkəzi bunun öhdəsindən uğurla gəlirdi. Bu cür oyunla bundan artığına ümid etmək olmazdı da.

Bakının istisi: Danimarka millisi çexlərə qalib gələrək AVRO-2020-nin yarımfinalına çıxıb

2:1 hesablı çətin qələbə danimarkalıları AVRO-2020-nin yarımfinalına çıxardı, harada ki danimarkalılar İngiltərə-Ukrayna qarşılaşmasının qalibi ilə üz-üzə gələcəklər. Skandinaviya komandası çempion olduğu 1992-ci ildən bəri qitə birinciliklərində bu qədər uzaq getməmişdi.

Hakimin final fiti təkcə Çexiya millisinin çıxışlarına deyil, həmçinin turnirin Bakıda keçirilən hissəsinə də son qoydu. Beləliklə, Azərbaycan paytaxtı Avropa çempionatı ilə sağollaşdı. Avropa çempionatının yarımfinal və final oyunları Londonda keçiriləcək.