FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Andrey Stenin adına fotomüsabiqəyə onlayn səsvermə başladı

Sputnik

BAKI, 1 iyul — Sputnik. Bu gündən başlayaraq hər bir internet istifadəçisi Andrey Stenin adına müsabiqənin 2021-ci il üzrə qısa siyahısına daxil olmuş fotolardan ən uğurlu hesab etdiyinə səs verə bilər: artıq müsabiqə saytının rus (https://stenincontest.ru/winners2021/) və ingilis (https://stenincontest.com/winners2021/) versiyalarında onlayn səsverməyə start verilib. Səsvermədə iştirak etmək üçün "ВКонтакте", "Facebook", "Twitter" sosial şəbəkələrindən birində və ya Çinin "Weibo" servisində hesaba malik olmaq tələb edilir.

Səsvermə iyulun 31-i saat 23:59-a (Moskva vaxtı ilə) kimi açıqdır. Onlayn-səsvermənin qalibi avqustun əvvəlində elan olunacaq, internetdə ən məşhur fotonun müəllifi isə müsabiqənin diplomu ilə təltif ediləcək.

Andrey Stenin adına müsabiqənin kuratoru, "Rossiya Seqodnya" media qrupunun vizual layihələr xidmətinin rəhbəri Oksana Oleynikin fikrincə, artıq müsabiqənin yaxşı ənənəsinə çevrilmiş onlayn səsvermə yalnız iştirakçıların əsərlərini qiymətləndirmək baxımından özünəməxsus formatda xalq səsverməsi demək deyil, həm də "səsvermədə iştirak edəcək internet istifadəçiləri foto sənətinin biliciləri kimi yaxşı seçim etmək qabiliyyətinə malikdirlər və müasir foto dünyası ilə bağlı daha çox şey öyrənib anlamaq istəyirlər. Və çox xoşbəxtik ki, beynəlxalq fotojurnalistika aləminin ən yaxşı, ən parlaq nümayəndələri – bizim laureatların əsərləri bu işdə onlara kömək edir".

Stenin adına müsabiqənin əsas mükafatını – Qran-prini kimin qazandığı, eləcə də, digər mükafatçıların adları sentyabr ayında elan olunacaq. Həmin vaxt qaliblərin adları stenincontest.ru | stenincontest.com. saytları vasitəsilə açıqlanacaq.

Müsabiqənin təşkilat komitəsinin planında, həmçinin ilin sonuna kimi qaliblərin dünya şəhərləri üzrə ənənəvi roud-şousuna start vermək də var.

Müsabiqə haqqında:

"Rossia Seqodnya" BİA-nın təşkilatçılğı və UNESCO üzrə Rusiya Komissiyasının himayəsi ilə keçirilən Andrey Stenin adına beynəlxalq fotojurnalistika müsabiqəsi gənc fotoqrafları dəstəkləmək və cəmiyyətin diqqətini müasir fotojurnalistikanın problemlərinə yönəltmək məqsədi daşıyır.

Bu, istedadlı, həssas və hər bir yeniliyə açıq, eyni zamanda, diqqətimizi ətrafımızdakı insanlara, hadisələrə yönəldən gənc fotoqraflar üçün platformadır.

Müsabiqənin əsas informasiya tərəfdaşları qismində "Rossiya-Kultura" ümum-Rusiya dövlət televiziyası (https://smotrim.ru/pick/kultura), "Moskva 24" telekanalı (https://www.m24.ru/), "Vesti.ru" informasiya xəbər portalı (https://www.vesti.ru/) çıxış edir.

Müsabiqənin beynəlxalq informasiya tərəfdaşları sırasında isə "Sputnik" informasiya agentliyi və radiosu, RT telekanal və portalı (https://www.rt.com/), "Askanews" informasiya agentliyi (https://www.askanews.it/), "Independent Media" holdinqi (https://www.independentmedia.co.za/), "Telam" informasiya agentliyi (https://www.telam.com.ar/), ANA xəbər agentliyi (https://www.africannewsagency.com), "Shanghai United Media Group" (SUMG) (http://www.sumg.com.cn/English/), "China Daily" qəzetinin internet portalı (http://www.chinadaily.com.cn), "The Paper-in" internet portalı (https://www.thepaper.cn/), "Al Mayadeen" media şəbəkəsi (https://www.almayadeen.net/), "Prensa Latina" informasiya agentliyi (https://www.prensa-latina.cu/), DBW internet portalı (https://www.dbw.cn/) var.

1 / 15
Yunan fotoqrafı Aggelos Barainin Andrey Stenin adına müsabiqənin “Əsas xəbərlər, tək fotolar” kateqoriyası üzrə qısa siyahısına daxil olmuş “Yunanstanın Lesbos adasında 20 yaşlı miqrantın öldürülməsindən sonra baş verən iğtişaşlar" adlı işi.
2 / 15
Meksika fotoqrafı Luis Antonio Rojasın Andrey Stenin adına müsabiqənin “Əsas xəbərlər, silsilə fotolar” kateqoriyası üzrə qısa siyahısına daxil olmuş “Meksika üzərində nəzarətin itirilməsi” adlı işi
3 / 15
Kanada fotoqrafı Omid Vahabzadənin Andrey Stenin adına müsabiqənin “Əsas xəbərlər, tək fotolar” kateqoriyası üzrə qısa siyahısına daxil olmuş “Black Lives Matter” adlı işi
4 / 15
View of Zacatecas from a hill. Shortly before López Obrador took office in December 2018, the CIA concluded that drug groups controlled about 20 percent of Mexican territory. The Mexican government denies it has lost control of any part of the country. But in a little-noticed passage in its security plan last year, it likened crime groups to insurgents, with “a level of organization, firepower and territorial control comparable to what armed political groups have had in other places.”
5 / 15
Meksika fotoqrafı Elipe Mahenin Andrey Stenin adına müsabiqənin “Portret. Zəmanəmizin qəhrəmanı, tək fotolar” kateqoriyası üzrə qısa siyahısına daxil olmuş “Mariya Elena” adlı işi
6 / 15
Çin fotoqrafı Chang XU-nun Andrey Stenin adına müsabiqənin “Mənim planetim, tək fotolar” kateqoriyası üzrə qısa siyahısına daxil olmuş “Xizəklərlə üzü bahara” adlı işi
7 / 15
Rusiyalı fotoqraf Christina Brazhnikovanın Andrey Stenin adına müsabiqənin “İdman. Silsilə fotolar” kateqoriyası üzrə qısa siyahısına daxil olmuş “Meydançada hər şey ola bilər” adlı işi
8 / 15
Banqladeş fotoqrafı Muhammad Amdad Hossainin Andrey Stenin adına müsabiqənin “Portret. Zəmanəmizin qəhrəmanı, tək fotolar” kateqoriyası üzrə qısa siyahısına daxil olmuş “Məftunedici gözlər” adlı işi
9 / 15
Rusiya fotoqrafı Artyom Onopriyenkonun Andrey Stenin adına müsabiqənin “Mənim planetim, tək fotolar” kateqoriyası üzrə qısa siyahısına daxil olmuş “Güc məkanı” adlı işi.
10 / 15
Türkiyəli fotoqraf Şəbnem Coşkunun Andrey Stenin adına müsabiqənin “İdman. Tək fotolar” kateqoriyası üzrə qısa siyahısına daxil olmuş “Türk üzgüçüsü Nil Şahin” adlı işi
11 / 15
Rusiyalı fotoqraf Sergey Bobleyvin Andrey Stenin adına müsabiqənin “Portret. Zəmanəmizin qəhrəmanı, tək fotolar” kateqoriyası üzrə qısa siyahısına daxil olmuş “Zəmanəmizin simaları” adlı işi
12 / 15
Asiyalı fotoqraf Abdulla Mominin Andrey Stenin adına müsabiqənin “Mənim planetim, tək fotolar” kateqoriyası üzrə qısa siyahısına daxil olmuş “Çimmək vaxtıdır” adlı işi
13 / 15
Hind fotoqrafı Chandan Khanın Andrey Stenin adına müsabiqənin “Əsas xəbərlər, silsilə fotolar” kateqoriyası üzrə qısa siyahısına daxil olmuş “Parçalanma” adlı işi
14 / 15
Çin fotoqrafı Xiaoxu Punun Andrey Stenin adına müsabiqənin “Mənim planetim, silsilə fotolar” kateqoriyası üzrə qısa siyahısına daxil olmuş “Cənubi Çin dənizinin çinli qazmaçıları” adlı işi.
15 / 15
İspan fotoqrafı Luisa Tatonun Andrey Stenin adına müsabiqənin “Mənim planetim, silsilə fotolar” kateqoriyası üzrə qısa siyahısına daxil olmuş “Şəqri Afrikada çəyirtkə bəlası” adlı işi