İDMAN

İngiltərə yığması AVRO-nun 1/8 final oyununda Almaniya millisini məğlub edib

Futbolun yaradıcılarının növbəti mərhələdə rəqibi İsveç-Ukrayna qarşılaşmasından sonra məlum olacaq.
Sputnik

 

Futbol üzrə İngiltərə yığması Avropa çempionatının 1/8 final mərhələsində Almaniya milli komandasını məğlub edib.

Çərşənbə axşamı Londonda keçirilən qarşılaşma 2:0 hesabı ilə ingilislərin xeyrinə başa çatıb. Qolları Raxim Sterlinq (75-ci dəqiqə) və Harri Keyn vurublar (86).

İyulun 3-də Romada keçiriləcək AVRO-2020 dörddəbir final oyununda ingilislər bu gün Qlazqoda keçiriləcək İsveç-Ukrayna 1/8 qarşılaşmasının qalibi ilə üz-üzə gələcəklər.