RUSİYA

Rusiyada COVID-19 əleyhinə daha bir vaksin hazırlanır

Vaksin COVID-19-un profilaktikası üçün peptid antigenlər əsasında yaradılır. O, əzələdaxili yeritmək üçün suspenziya formasında olacaq.
Sputnik

BAKI, 28 iyun - Sputnik. Rusiyanın "Vektor" mərkəzi yeni "ЭпиВакКорона-Н" vaksinin qeydiyyata alınması üçün sənədləri təqdim edib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumat RF Səhiyyə Nazirliyinin dərman vasitələri dövlət reyestrində əks olunub.

Bildirilir ki, vaksin COVID-19-un profilaktikası üçün peptid antigenlər əsasında yaradılır. Vaksin əzələdaxili yeritmək üçün suspenziya formasında, 1 dozası 0.5 millilitr olmaqla buraxılacaq.

"Vektor"un yeni vaksininin sınağı

Bir müddət öncə Rusiya Səhiyyə Nazirliyinin "Vektor" Dövlət Virusologiya və Biotexnologiya Elmi Mərkəzinin COVID-19 əleyhinə yeni "ЭпиВакКорона-Н" vaksininin kliniki sınaqlarının birinci-ikinci fazalarının keçirilməsinə icazə verdiyi barədə məlumat yayılmışdı. Bildirilirdi ki, kliniki sınaqlar 2021-ci il aprelin 8-də başlayıb, sentyabrın 30-da bitməlidir. 

 

Eləcə də oxuyun: