İDMAN

İtaliya millisi "quru" seriyanın davamlılığına görə rekordu yeniləyib

Bundan əvvəlki dünya rekordu da italiyalılara məxsus idi və təxminən yarım əsr toxunulmaz qala bildi.
Sputnik

Futbol üzrə İtaliya yığması Avropa çempionatının Avstriya koamnasına qarşı 1/8 final oyununda "quru" seriyanın davamlılığına görə dünya rekordunu yeniləyib. Bu barədə Gracenote xəbər verir.

Londonda keçirilmiş oyunun əsas vaxtından sonra hesab 0:0 idi. İtaliya yığması son 11 oyunu top buraxmadan udub və 1145 dəqiqədən çox qol buraxmayıb. Sonuncu dəfə italyanların qapısına qol Millətlər Liqasında Niderland komandasına qarşı 2020-ci il oktyabrın 14-də keçirilmiş oyunda vurulub.

Daha əvvəl rekord qapıçı Dino Dzoffa məxsus idi. O, İtaliya yığmasının qapısından 1142 dəqiqə qol keçməsinə imkan verməyib.