BAKI, 27 iyun - Sputnik. "Stomatoloji yardım, məsələn, dişin çəkilməsi kimi xidmətlərin Xidmətlər Zərfinə daxil edilməsi ilə bağlı müzakirələr aparılır".
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova "İcbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə qaydası" mövzusunda çıxışında deyib.
Onun sözlərinə görə, növbəti il bu tibbi xidmətlər Xidmətlər Zərfinə daxil edilə bilər.
İcbari tibbi sığortanın tətbiqi
Bu il aprelin 1-dən etibarən icbari tibbi sığorta ölkə üzrə tam tətbiq olunmağa başlayıb. Həmin tarixdən Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda rəsmi qeydiyyatda olan əhali də icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan 2550 sayda tibbi xidmətdən istifadə etmək imkanı əldə edib.
Əlavə olaraq bildirək ki, təcili və təxirəsalınmaz tibbi yardım istisna olmaqla, vətəndaşlar səhhətində yaranan narahatlıqla bağlı ilk növbədə ailə həkiminə müraciət etməlidirlər. İlkin səhiyyə müəssisələrinə poliklinika, Ailə Sağlamlıq Mərkəzi və kənd həkim məntəqəsi aiddir. Burada vətəndaşlar ərizə dolduraraq ailə həkimini seçməlidir. Ailə həkimini seçərək vətəndaş tibb müəssisəsinə təhkim olunur. Ailə həkiminin müayinə və müalicəsindən sonra ixtisaslı tibbi yardıma ehtiyac olarsa, ailə həkimi tərəfindən ixtisaslı həkimə göndəriş verilir. Göndəriş əsasında tibb müəssisəsinə müraciət edən vətəndaş icbari tibbi sığortanın Xidmətlər Zərfindən yararlana bilir.
Eləcə də oxuyun:
- Şəhid ailələrinə, müharibədə xəsarət alanlara, əlillərə bu xidmətlər göstəriləcək
Bu özəl xəstəxanalarda da icbari tibbi sığortadan istifadə mümkün olacaq
COVID-19-u gizli keçirənlər immunitet sertifikatı ala bilərlərmi? Əlac ancaq...