CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

AVRO-2020-də Bakıya gələcək daha bir komanda müəyyənləşdi

Çexiya millisi Avropa çempionatının dörddəbir finalında Bakıda Danimarka yığma komandası ilə qarşılaşacaq.
Sputnik

Futbol üzrə Avropa çempionatının 1/8 finalında Çexiya millisi azlıqda qalan Niderland yığmasını məğlub edib.

Budapeştdə keçirilən oyun 2:0 hesabı ilə Çexiyanın xeyrinə bitib. Qolları Tomaş Qoleş (68`) və Patrik Şik (80`) vurublar. Oyunun 55-ci dəqiqəsində matçın baş hakimi Sergey Karasyov VAR-ı izlədikdın sonra Niderland millisinin müdafiəçisi Matteys de Lixti meydandan qovub. 

Moskva "Spartak"ının yarımmüdafiəçisi Kvinsi Promes sahəyə 57-ci dəqiqədə çıxaraq Doniell Maleni əvəzləyib. Əsas vaxtın sonuna beş dəqiqə qalmış sahəyə Promesin klub yoldaşı, çex Aleks Kral çıxaraq ilk qolun müəllifi Qoleşi əvəzləyib.

Dörddəbir finalda çexlər Danimarka yığömasına qarşı oynayacaqlar.

Qeyd edək ki, Danimarka millisi 1/8 finalda Uelsi 0:4 hesabı ilə darmadağın edərək, Bakıdakı 1/4 finala vəsiqə qazanb. Oyun iyulun 3-də baş tutacaq.