BAKI, 24 iyun — Sputnik. Prezident İlham Əliyev Anar Məmmədova polis general-mayoru ali xüsusi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, sərəncama əsasən, Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası Katibinin Xidmətinin Ümumi təhlükəsizlik məsələləri şöbəsinin müdiri Anar Məhəmməd oğlu Məmmədova polis general-mayoru ali xüsusi rütbəsi verilib.
Qeyd edək ki, bu gün İlham Əliyev eləcə də Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusunu da orden və medallarla təltif edib.
Həmçinin Şuşanın, Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının, Laçının, Ağdamın, Kəlbəcərin, Xocavəndin, Suqovuşanın azad edilməsində rəşadət göstərən hərbçilərimiz də Prezidentin sərəncamları ilə təltif ediliblər.
Eləcə də oxuyun:
Prezident Müdafiə Nazirliyinin hərbi qulluqçularını təltif etdi
Bir qrup hərbçimiz "Hərbi xidmətlərə görə" medalına layiq görüldü - SİYAHI
Prezident "İgidliyə görə" medalının veriləcəyi hərbçilərimizin siyahısını təsdiqlədi
İlham Əliyev kimləri təltif edib - SİYAHI