FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Qədim Alban irsinin daş yaddaşı fotolarda

Sputnik

"Keşikçidağ" mağara-məbədlər kompleksi Ağstafa rayonunun mərkəzindən 75 km məsafədə, Gürcüstanla sərhədd zolağı boyunca 25 km-dək uzanır. Ceyrançöl adlanan ərazidə, dəniz səviyyəsindən 750–950 m hündürlükdə Qatardağ silsiləsində sıldırım qayalıqlarda yerləşir.

Burada 100-ə qədər ilkin və orta əsrlər dövrünə aid müxtəlif ölçü və formada yaradılmış süni və təbii mağaralar yer alır. Buradakı təbii mağaraların yaşı 2 min il bundan əvvələ gedir. Süni mağaralar isə VIII-XV əsrlər aralığında yonularaq düzəldilib.

Qədim Alban irsinin yadigarı olan "Keşikçidağ" mağaralar kompleksində araşdırmalar, yalnız müstəqillik illərində mümkün olub. Sovetlər dönəmində, 1948-ci ildən başlayaraq ərazidə təlim poliqonu yerləşib. Hərbi obyekt olması səbəbindən buralarda gəzmək belə, yasaq olub. Hətta bir neçə mağara artilleriya atəşi nəticəsində dağıntıya məruz qalıb.

Prezident İlham Əliyev, 2005-ci ildə Azərbaycan-Gürcüstan dövlət sərhədlərinin mühafizəsi ilə şəxsən tanış olarkən bu əraziyə baş çəkib. 2007-ci ildə isə dövlət başçısının sərəncamı ilə mağaralar kompleksindəki mədəniyyət abidələrinin daha dərindən öyrənilməsi, qorunması və təbliği məqsədilə ərazi "Keşikçidağ" Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edilib. Qoruq ərazisində olan ən hündür yüksəkliklərin biri ölkə prezidentinin şərəfinə "İlham Əliyev zirvəsi" adlandırılıb.

Keşikçidağ mağaralar kompleksindən çəkilən fotoları Sputnik Azərbaycan-ın fotolentindən izləyə bilərsiz.

1 / 17
"Keşikçidağ" mağara-məbədlər kompleksi Gürcüstanla sərhəd zolağı boyunca 25 km-dək uzanır.
2 / 17
Mağaralar komoleksi Ceyrançöl adlanan ərazidə, dəniz səviyyəsindən 750–950 m hündürlükdə Qatardağ silsiləsində sıldırım qayalıqlarda yerləşir.
3 / 17
"Keşikçidağ"da onlarla müxtəlif ölçü və formada yaradılmış süni və təbii mağaralar var.
4 / 17
Bu mağaraların əksəriyyəti ilkin və orta əsrlər dövrünə aiddir.
5 / 17
"Keşikçidağ" mağara-məbədlər kompleksi.
6 / 17
"Keşikçidağ" mağara-məbədlər kompleksində mağara.
7 / 17
"Keşikçidağ" mağara-məbədlər kompleksində mağaraya giriş.
8 / 17
"Keşikçidağ"da bəzi təbii mağaraların yaşı iki min ildən çoxdur.
9 / 17
Süni mağaralar isə VIII-XV əsrlər aralığında yonularaq düzəldilib.
10 / 17
Sovetlər dönəmində, 1948-ci ildən başlayaraq ərazidə təlim poliqonu yerləşib.
11 / 17
Hərbi obyekt olması səbəbindən buralarda gəzmək belə, yasaq olub. Hətta bir neçə mağara artilleriya atəşi nəticəsində dağıntıya məruz qalıb.
12 / 17
Prezident İlham Əliyev, 2005-ci ildə Azərbaycan-Gürcüstan dövlət sərhədlərinin mühafizəsi ilə şəxsən tanış olarkən bu əraziyə baş çəkib.
13 / 17
"Keşikçidağ"da Ali Baş komandan İlham Əliyevin adına zirvə.
14 / 17
2007-ci ildə isə dövlət başçısının sərəncamı ilə mağaralar kompleksindəki mədəniyyət abidələrinin daha dərindən öyrənilməsi, qorunması və təbliği məqsədilə ərazi "Keşikçidağ" Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edilib.
15 / 17
"Keşikçidağ" mağara-məbədlər kompleksi.
16 / 17
"Keşikçidağ" mağara-məbədlər kompleksi.
17 / 17
"Keşikçidağ" mağara-məbədlər kompleksi.