HADİSƏ

Havada toz dumanı nə qədər vaxta qədər davam edəcək? Rəsmi

Artıq üçüncü gündür ki, havada toz dumanı müşahidə olunur. Bu havanın həftə sonuna qədər davam edəcəyi açıqlanıb.
Sputnik

BAKI, 22 iyun — Sputnik. Bakıda və Abşeron yarımadasında anomal isti, günün bəzi saatlarında durğun hava şəraiti, cənub-şərq istiqamətli küləklərin üstünlük təşkil etməsi ölkə ərazisinə transsərhəd daxil olmuş toz dumanının havada uzun müddət qalmasına səbəb olub. Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, toz dumanının meteoroloji şəraitdən asılı olaraq həftənin sonuna qədər davam edəcəyi proqnozlaşdırılır.

Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən, Bakı şəhərində dispers toz hissəciklərinin konsentrasiyası normadan 1.7, azot 4-oksid isə 3.3 dəfə yüksək qeydə alınıb.

Qeyd edək ki, iyunun 20-i səhər saatlarından başlayaraq, Bakı və Abşeron yarımadasında cənub-şərq istiqamətli hava kütlələri vasitəsilə ölkəmizə daxil olan toz-dumanı müşahidə olunur. Milli Hidrometeorologiya Xidməti belə tozlu havanın iki gün ərzində davam edəcəyinin gözlənildiyini açıqlamışdı.