CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Türkiyənin göz yaşları, Uelsin rəqsi: Bakıda AVRO-2020 qrup mərhələsinə yekun vurulub

RİA Novosti agentliyinin müxbiri Aleksandr Roqulev futbol üzrə Avropa çempionatının qrup mərhələsinin Bakıda keçirilən oyunlarının yekunlarını şərh edir.
Sputnik

Bakıda İsveçrə və Türkiyə komandaları arasındakı oyunla Avropa çempionatının qrup mərhələsinə yekun vurulub. Azərbaycan paytaxtı "A" qrupundakı 6 oyundan üçünə uğurla ev sahibliyi edib və sabahdan iyulun 3-də keçiriləcək AVRO-2020 ¼ final oyununa hazırlaşacaq.

Türk sahili

Azərbaycan paytaxtı əslində Türkiyə futbolçuları üçün elə öz evləri kimi idi. Burada Şenol Günəşin komandasına çox ümid bəsləyirdilər. Türklər Avropa çempionatının seçmə mərhələsini uğurla keçərək, digər komandalarla yanaşı? həm də Fransa millisini də məğlub etmişdilər. Onların heyətində Avropa səviyyəli bir neçə ulduz da vardı və turnirdən əvvəl ən azı yarımfinala namizəd komanda kimi nəzərdən keçirilirdilər.

Türkiyə Azərbaycan üçün ən yaxın silahdaş və qardaş ölkədir. Paytaxtda Türkiyə bayraqlarını hətta Avropa çempionatı olmasa belə, hər addımda görmək olar. Təbii ki, onların oyununa bütün biletlər satılmışdı. Olimpiya stadionu 50% doldurula bilərdi (34 min tamaşaçı).

Türkiyənin göz yaşları, Uelsin rəqsi: Bakıda AVRO-2020 qrup mərhələsinə yekun vurulub

Odur ki "ay-ulduzlular"ın çıxışından məyusluq da daha güclü idi. Türklər Bakıya İtaliya millisinə Romada 0:3 hesabı ilə məğlubiyyətdən sonra gəlmişdilər. Günəşin sözlərinə görə, Türkiyə futbolçuları hətta Uels yığması ilə oyunun birinci hissəsində də bu zərbədən oyana bilməmişdilər. Nəticədə 0:2 hesabı ilə başa çatan, lakin tam darmadağınla da nəticələnə biləcək oyun. İsveçrə millisinə qarşı son turun oyunu da eyni cür başa çatıb – 1:3, nəticə bundan da ağır ola bilərdi.

"Biz komanda daxilində fəlsəfəni dəyişməli, ona qalib ruhunu aşılamalıyıq. İlk iki oyunda bizdə bu qətiyyən hiss olunmurdu. Mən bizə qarşı deyilən bütün tənqidlərə hörmətlə yanaşıram, oyunçularımız da özlərindən narazıdırlar. Həyatda hər zaman istədiyiniz kimi olmur. Əminəm ki, futbolçularımız bu vəziyyətdən çıxacaq və yeni oyuna hazır olacaqlar. Biz buraya yaxşılardan biri olmaq üçün gəldik, lakin bunu edə bilmədik. Sözsüz ki, biz məyusuq və bizə azarkeşlik etmiş hər bir kəsdən üzr istəyirik", - deyə Şenol Günəş bildirib.

İndi isə AVRO-2020 Azərbaycanda təşkilat komitəsi Rusiya millisinin çempionatda çıxışını diqqətlə izləyir. Ehtimal var ki, Stanislav Çerçesovun yetirmələri ¼ finala çıxa bilsələr, komanda oyununu məhz Bakıda keçirə bilər. Bu halda azərbaycanlılar? nəhayət ki, şəhərin küçələrində turist kütlələrini görə və Avropa çempionatının əsl əhvali-ruhiyyəsini hiss edə biləcəklər.

Fəth edilməmiş Uels

Nə qədər təəccüblü görünsə də, Azərbaycan torpağı hamıdan çox Uels millisinə uğur gətirib. Britaniyalıları turnirdən əvvəl "A" qrupunun üçüncü yer tutmasına az ehtimal olan autsayderi adlandırırdılar. Tərəddüdlərin əsas səbəbi komandada nəsil dəyişməsi və baş məşqçi ilə bağlı qarmaqarışıqlıq idi. Əfsanəvi məşqçi Rayan Giqqs futbolla əlaqədar olmayan bir səbəb üzündən komandadan uzaqlaşdırıldı. Onun köməkçisi Ropert Peycin isə top-komandalarla kifayət qədər iş təcrübəsi yox idi.

Türkiyənin göz yaşları, Uelsin rəqsi: Bakıda AVRO-2020 qrup mərhələsinə yekun vurulub

Buna baxmayaraq, İsveçrə komandası ilə qarşılaşmada (1:1) uelslilər sübut etdilər ki, hazırkı çempionata boş yerə gəlməyiblər. Təşəbbüsü rəqibə verərək, Uels yığmasının müdafiəçiləri təzyiqə davam gətirdilər və buraxılmış qoldan sonra cavab topunu da vurdular. Oyunun qəhrəmanı isə adi komandalardan biri olan "Suonsi" klubunun oyunçusu Kiffer Mur oldu. Birinci hissədə onun qaşı toqquşma nəticəsində paralandı və buna görə də başına sarğı qoyulmalı oldu. Elə sarğılı başı ilə Mur fasilədən sonra topu rəqib komandasının qapısına göndərərək, Britaniya mətbuatının yazdığı kimi, öz transfer qiymətini 10 milyon funt-sterlinq artırdı.

"İndi mən ən xoşbəxt uelsliyəm. Baş verənlərin bir hissəsi olduğuma görə xoşbəxtəm. Bugünkü oyunda qələbə tamamilə oyunçuların sayəsində əldə olunub. Mən sizi elə indi soyunub-geyinmə otağına aparardım ki, bu gözəl kollektivi görəsiniz. Bu çox güclü kollektivdir. Burada hər kəs komanda və ölkə naminə şüşə qırıntıları üzərində gəzməyə də hazırdır", - deyə Peyc ikinci oyundan sonra deyib.

İsveçrə pley-off mərhələsinə can atır

Bakıda iki oyun keçirmiş üçüncü komanda İsveçrə millisidir. Vladimir Petkoviçin komandasını "kafi" qiymətləndirmək olar. Xüsusilə də, komanda pley-off mərhələsinə çıxa bilsə. İkinci hissədə Uels yığmasına hesabı bərabərləşdirməyə imkan verərək isveçrəlilər rəqibi sıxışdıra bilmədilər. Əvəzində isə türklər üzərində inamlı qələbə qazandılar. Üç oyunun nəticəsinə görə? İsveçrə millisinin 4 xalı var, top fərqi isə 3-dür (əgər yalnız İtaliya və Uels komandaları ilə oyunu nəzərə alsaq). Bundan əlavə? komandanın 1/8 finala çıxmaq şansları da pis deyil.

"Qrup mərhələsinə yekun vuraraq deyə bilərəm ki, Uels (1:1) və Türkiyə (3:1) komandaları ilə oyunlarda biz üstün idik. İtalyanlarla oyunda isə (0:3) biz əsl top-yığma komanda ilə qarşılaşdıq. Ümid edirik ki, mübarizəni davam etdirmək üçün dörd xal kifayət edəcək", - deyə Petkoviç bildirib.

Türkiyənin göz yaşları, Uelsin rəqsi: Bakıda AVRO-2020 qrup mərhələsinə yekun vurulub

Ümumilikdə, qrup mərhələsinin Bakıda keçirilən oyunlarında hansısa xoşagəlməz hadisə baş verməyib. Azərbaycan paytaxtı iri miqyaslı tədbirlərə ev sahibliyi etməyi bacarır və AVRO-2020 də istisna deyil.

Hətta oyunlardan sonra metro girişində "tıxac" problemi də operativ şəkildə həll olunmuşdu – Azərbaycan polisi məharətlə İsveçrə-Türkiyə oyunundan sonra insan axınını ayırırdı ki, onlar bir-birini tapdalamasınlar. Təəssüf ki, stadionun tuta biləcəyi 65 min tamaşaçını deyil, cəmi 17 min nəfəri ayırmaq lazım gəldi. Bakı Olimpiya Stadionunun tutumu məhdudlaşdırılmışdı, Bakıda oyunlar da elə böyük maraq doğurmamışdı.

Əslində, Bakıda heç kim böyük futbol turnirinin atmosferini hiss etməyə macal tapmadı. Bunun əsas üç səbəbi oldu: AVRO azarkeşləri müxtəlif şəhərlərin arasında parçalanıblar, Türkiyə millisinin uğursuz çıxışı, habelə koronavirus məhdudiyyətləri. Azərbaycan iyunun 10-dan etibarən ölkəyə giriş-çıxış qaydalarını xeyli sadələşdirdi, lakin artıq çox gec idi – bir çox potensial turistlər Bakıya sonra da gedə biləcəklərini düşünərək səyahət fikrindən əl çəkdilər. Bakıya isə heç olmazsa ömründə bircə dəfə də olsa gəlmək lazımdır.