CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Təxirə salınan "Polad Kuboku"nun final oyunu baş tutdu - FOTO

Final oyunundan sonra çempionatda fərqlənən futbolçulara və turnirdə 1, 2 və 3-cü yeri tutan komandalara medallar və qiymətli hədiyyələr təqdim edilib.
Sputnik

BAKI, 21 iyun — Sputnik. Lənkəranda 9 aylıq fasilədən sonra Tovuz döyüşləri şəhidlərinin əziz xatirəsinə həsr olunan "Polad Kuboku" mini-futbol çempionatının final oyunu baş tutub. Çempionata 16 komanda qatılsa da, sadəcə “Şağlaser” və “Master 114” komandaları final mərhələsinə gələ biliblər.

Gərgin final oyunu “Master 114” komandasının 1:2 hesablı qələbəsi ilə başa çatıb. Final oyunundan sonra çempionatda fərqlənən futbolçulara və turnirdə 1, 2 və 3-cü yeri tutan komandalara medallar və qiymətli hədiyyələr təqdim edilib.

Mini-futbol turniri pandemiya şəraitinin qaydalarına uyğun olaraq keçirilib və iştirakçı komandaların da qaydalar çərçivəsində hərəkət etmələrinə xüsusi diqqət yetirilib.

Təxirə salınan "Polad Kuboku"nun final oyunu baş tutdu - FOTO

Çempionatın təşkilatçılarından biri Famil Məmmədovun Sputnik Azərbaycan-a bildirdiyinə əsasən, bundan sonra da oxşar tədbirlər təşkil edəcəklər: “Polad Kuboku” mini-futbol çempionatı Böyük Zəfərə aparan Tovuz döyüşlərinə həsr olunub. Çempionat ötən ilin sentyabr ayında başlanmışdı. Vətən müharibəsi başladığı ilk gündən onu dayandırmalı olduq. “Polad Kuboku”nun həm təşkilat üzvlərindən, həm də çempionatda iştirak edən komandaların üzvlərindən Vətən müharibəsində könüllü olaraq iştirak edənlər oldu. Çox şükür ki, hamısı sağ-salamat geri qayıtdı. Bu gün də çempionatımızın final oyunu baş tutdu. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”

F.Məmmədov onu da bildirdi ki, çempionatın əsas məqsədi Tovuz döyüşləri zamanı Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini yad etmək və eyni zamanda milli vətənpərvərlik ruhunda olan gəncləri bir araya toplamaq idi.

Eləcə də oxuyun: