Futbol üzrə Niderland seçmə komandası 11 şəhərdə keçirilən Avropa çempionatında Avstriya millisi üzərində qələbə çalıb.
"C" qrupunda, Amsterdamda keçirilən oyun 2:0 hesabı ilə "zanbaqlar ölkəsi" komandasının xeyrinə başa çatıb. Qolları Memfis Depay (11-ci dəqiqə, penalti) və Denzel Dumfris (67) vurublar.
"Yoxan Kroyf Arena"da oyunun gedişini 15243 tamaşaçı izləyib.
Qrup mərhələsində 6 xal toplayan hollandiyalılar vaxtından əvvəl pley-off mərhələsinə çlxlşı təmin ediblər. Ukrayna və Avstriya milliləri hərəyə 3 xalla qrupda 2-3-cü yerləri bölüşürlər. Xalı olmayan Şimali Makedoniya millisi qrupda sonuncu yerdədir.
İyunun 21-də Avstriya millisi Buxarestdə Ukrayna yığması ilə oynayacaq. Hollandiyalılar isə həmin gün Amsterdamda makedoniyaları qəbul edəcəklər.