FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Fototarix: Cenevrədə hansı vacib görüşlər keçirilib

Sputnik

Rusiya və ABŞ liderləri Vladimir Putinlə Co Baydenin danışıqları iyunun 16-da İsveçrədəki La Qranj villasında keçiriləcək. İki ölkə lideri Bayden ABŞ prezidenti olduqdan sonra ilk dəfə görüşəcəklər.

La Qranj villası

La Qranj villası XVIII əsrdə tikilib və Cenerə gölünün sahilindəki ən böyük şəhər parkının ortasında yerləşir.

1864-cü ildə villada Cenevrə konvensiyasının bağlanması münasibətilə mərasim keçirilib.

1917-ci ildən villa şəhərə məxsusdur - orada kitabxana var, turistlər üçün ekskursiya keçirilir.
1969-cu ildə villanın parkında Papa VI Pavel ibadət keçirib.

İyunun 8-dən 18-dək villa ziyarətçilər üçün bağlıdır.

InterContinental oteli

Sammitin La Qranj villasında keçiriləcəyi barədə rəsmi məlumatadək görüşün InterContinental otelində keçirilə biləcəyi güman edilirdi. Bu seçim otelin beynəlxalq təşkilatların ofislərinə yaxın yerləşməsi və burada artıq belə tədbirlərin keçirilməsi ilə şərtləndirilirdi.

2021-ci ildə ABŞ nümayəndə heyəti InterContinental-ı Rusiya-ABŞ sammiti günlərində iqamətgah kimi seçib.

Sputnik Azərbaycan bu Cenevrə otelində hansı görüşlərin keçirildiyini xatırladıb.

1 / 13
Sov.İKP Baş katibi Mixail Qorbaçov və ABŞ prezidenti Ronald Reyqan Cenevrdədə söhbətdən əvvəl.
2 / 13
ABŞ dövlət katibi Henri Kissincer və SSRİ xarici işlər naziri Andrey Qromıko 1975-ci il iyulun 11-də Cenevrədə ikigünlük danışıqlardan sonra.
3 / 13
Rusiya XİN başçısı Sergey Lavrov və Ərəb dövlətləri liqasının və BMT-nin Suriya üzrə nümayəndəsi Lahdar Brahimi ilə Cenevrədə.
4 / 13
Kubanın keçmiş rəhbəri Fidel Kastro 1998-ci il mayın 13-də Intercontinental otelində ÜST-ün yubiley tədbirində.
5 / 13
Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif, Almaniyanın xarici siyasət idarəsinin başçısı Gido Vestervelle Aİ-nin xarici işlər üzrə Ali komissarı Ketrin Eşton Cenevrədə nüvə problemi üzrə danışıqlarda.
6 / 13
ABŞ prezidenti Bill Klinton və Suriya lideri Hafiz Əsəd Intercontinental otelində 1994-cü il yanvarın 16-da görüşdə.
7 / 13
Ermənistan prezidenti Robert Koçaryan və Azərbaycan lideri İlham Əliyev 2003-cü il dekabrın 11-də Cenevrədə görüş zaman.
8 / 13
ABŞ-ın keçmiş dövlət katibi Con Kerri 2013-cü ildə Intercontinental otelində İranın nüvə proqramına dair danışıqların üçüncü günü ərəfəsində telefonunu yoxlayır.
9 / 13
Rusiya XİN başçısı Sergey Lavrovla ABŞ dövlət katibi Hilları Klintonun "yenidən yüklənmə düymə"sinə basdıqları görüş.
10 / 13
Cenerənin mənzərəsi.
11 / 13
Cenevrədəki Intercontinental otelinin yanında mühafizəçilər. ABŞ prezidenti Co Bayden Rusiya lideri Vladimir Putinlə görüşdən əvvəl məhz bu oteldə dayanıb.
12 / 13
İyunun 16-da Rusiya və ABŞ liderlərinin görüşünün keçirildiyi Cenevrədəki La Qranj villasının girişində fəhlələr avadanlıq daşıyırlar.
13 / 13
"Villa La Qranj" iqamətgahı