Futbol üzrə Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu Avropa çemionatlarının final mərhələlərində vurulan qolların sayına görə Mişel Platininin rekordunu təzələyib.
Çərşənbə axşamı Ronaldu AVRO-2020-bib qrup mərhələsində Budapeştdə keçirilən oyunun 87-ci dəqiqəsində penaltini qola çevirib. Daha sonra o bir qol da vuraraq hesabı 3:0 portuqaliyalıların xeyrinə çatdırıb.
Penaltidən vurulan qol 36 yaşlı hücumçunun AVRO final mərhələlərində vurduğu sayca onuncu qol olub. Beləliklə, Ronaldu 1984-cü ilin Avropa çempionu, hesabında 9 qol olan Fransa yığmasının o vaxtkı oyunçusu Mişel Platinini geridə qoyub.
İndi rekord 11 qoldur.
Portuqaliyalı Avropa çempionatının final mərhələlərində özünün 22-ci oyununa çıxıb.
Xatırladaq ki, Ronaldo daha bir rekorda imza atıb. Belə ki, bu hücumçunun oynadığı sayca beşinci Avropa çempionatıdır. Ronaldu Avropa birinciliklərində 2004-cü ildən meydana çıxır və milli komandanın tərkibində gümüş (2004, Portuqaliya), bürünc (2012, Polşa və Ukrayna) və qızıl (2016, Fransa) medallara sahib olub.