Türkiyə millisinin baş məşqçisi Şenol Günəş bəyan edib ki, onun komandası turnirə pis başlamasına baxmayaraq, yenə də futbol üzrə Avropa çempionatının A qrupundan çıxa bilər.
Türkiyə yığması iyunun 16-da AVRO-2020-də ikinci oyununa çıxacaq və Uelslə qarşılaşacaq. Start oyununda türklər Romada böyük hesabla İtaliya yığmasına uduzublar - 0:3.
"Biz Uelslə görüşdə həqiqətən nəyə qadir olduğumuzu göstərmək istəyirik. Biz keyfiyyətli futbol nümayiş etdirmək və stadiondan yaxşı nəticə ilə getmək istəyirik, - deyə Günəş mətbuat konfransında bildirib. - Bəzi komandalar turnirə yaxşı başlayırlar, sonra qabağa gedə bilmirlər, bəzi komandaların isə əvvəl problemləri olur, sonra işləri yaxşı gedir. Bu futboldur, belə şeylər olur. İtalyanlarla biz həm nəticə, həm də oyun baxımından qeyri-kafi oynadıq. Buna görə mən də məsuliyyət daşıyıram".