İDMAN

Bakıda keçiriləcək AVRO-2020-nin Türkiyə-Uels oyununa 30 minədək bilet satılıb

Qarşılaşmanı Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın stadiondan izləyəcəyi gözlənilir.
Sputnik

Futbol üzrə Avropa çempionatının Türkiyə və Uels yığmaları arasında keçiriləcək görüşünə təxminən 30 min bilet satılıb. Bu RİA Novosti turnirin təşkilat komitəsinə istinadən xəbər verir.

Görüş iyunun 16-da Bakı Olimpiya stadionunda keçiriləcək.

"Bu anadək təxminən 30 min bilet satılıb. Nəzər alsaq ki, COVID-19-a dair məhdudiyyətlərə görə arenanın tutumu 50% azaldılıb, satışda təxminən 5 min bilet qalıb. Bu onu göstərir ki, böyük ehtimalla sabah "sold out" olacaq", - deyə Bakıdakı təşkilat komitəsinin nümayəndəsi RİA Novosti-yə bildirib.

Qarşılaşmanı Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın stadiondan izləyəcəyi gözlənilir.