İDMAN

İngiltərə yığması xorvatları minimal hesabla məğlub etdi

Rahim Sterlinqin ikinci hissədə vurduğu yeganə qol İngiltərə millisinə qrupdakı ilk oyunda qələbə gətirdi.
Sputnik

Futbol üzrə Avropa çempionatında D qrupunda mübarizəyə start verilib. Ilk olaraq İngiltərə və Xorvatiya yığmaları üz-üzə gəliblər.

Londondadkı "Uembli" stadionunda oynanılan matç ingilislərin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunun birinci hissəsində qapılara qol vurulmayıb. Oyundakı yeganə qolun müəllifi isə Rahim Sterlinq olub. O, 57-ci dəqiqədə qol vuraraq, komandasına qələbə qazandırıb.

D qrupunun digər qarşılaşması sabah Şotlandiya və Çexiya yığmaları arasında olacaq.