İDMAN

AVRO-2020: Avstriya Şimali Makedoniyanı məğlub etdi

AVRO-2020-də C qrupundakı yığma komandalar da nəhayət yaşıl meydançaya çıxaraq güclərini sınayıblar.
Sputnik

BAKI, 13 iyun - Sputnik. Futbol üzrə Avropa çempionatında C qrupunda oyunlara start verilib.

Rumıniyanın paytaxtı Buxarestdə Avstriya və Şimali Makedoniya yığmaları üz-üzə gəliblər.

Görüşdə hesabı 18-ci dəqiqədə avstriyalı Ştefan Layner açıb. 10 dəqiqə sonra Qoran Pandev cavab qolunu vurub. Bu top həm də Şimali Makedoniya millisinin Avropa çempionatlarında ilk qolu olub. Birinci hissə heç-heçə başa çatıb - 1:1.

İkinci hissədə 78-ci dəqiqədə Mixael Qreqoriçin, 89-cu dəqiqədə isə Marko Arnautoviçin qolları Avstriya yığmasına 3:1 hesablı qələbə qazandırıb.

C qrupunda ilk turun digər oyunu Niderland və Ukrayna milliləri arasında olacaq. Bakı vaxtı ilə saat 23:00-da başlanacaq qarşılaşma "Amsterdam Arena"da baş tutacaq.