CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Embolo: isveçrəli futbolçular AVRO-2020-də Uelslə oyunun nəticəsindən narazıdırlar

İsveçrə yığması Avropa çempionatının ilk oyununda qələbəyə çox yaxın idi, ancaq nəticədə heç-heçə ilə kifayətləndi. 
Sputnik

İsveçrə yığmasının futbolçuları Avropa çemıpionatının qrup mərhələsi çərçivəsində Uelslə oyunda əldə etdikləri heç-heçədən narazı qalıblar.

Bunu isveçrəlilərin hücumçusu Brel Embolo deyib.

Şənbə günü Bakıda keçirilən A qrupunun İsveçrə-Uels qarşılaşması 1:1 hesabı ilə başa çatıb. Embolo oyunun 49-cu dəqiqəsində hesabı açıb və görüşün ən yaxşı oyunçusu seçilib.

 

"Mən də bütün komanda kimi nəticədən narazıyam. Bizim yaxşı məqamlarımız oldu, üstünlüyü artırıb qalib gələ bilərdik. Ancaq biz onlardan istifadə etmədik. Ola bilər ki, oyunda hesabı açandan sonra aktivliyimizi çox azaltdıq. Biz qələbəyə layiq idik, ancaq nəticədə heç-heçə oldu, üzücüdür. Biz oyunumuzdakı müsbət məqamlar barədə fikirləşməli, dincəlməli və növbəti oyun barədə düşünməliyik", - Embolo deyib.