Futbol üzrə Avropa çempionatının Danimarka və Finlandiya milliləri arasında keçirilən görüşü danimarkalıların oyunçusu Kristian Erikssenin huşunu itirməsi səbəbindən dayandırılıb. Bu barədə UEFA-nın Twitter-dəki səhifəsində bildirilib.
Komandalar tribunaların altındakı otaqlara gediblər.
"AVRO-2020-nin Kopenhagendəki oyunu təcili tibbi yardım göstərilməsi səbəbindən dayandırılıb", - məlumatda deyilir.