İDMAN

Danimarka millisinin huşunu itirən futbolçusu Eriksseni təcili yardım maşını ilə apardılar

Erikssen finlərlə matç zamanı huşunu itirdi, həkimlər futbolçunu təcili olaraq özünə gətirməyə çalışdılar.
Sputnik

Futbol üzrə Avropa çempionatında Finlandiyaya qarşı oyunda huşunu itirən Kristian Eriksseni meydandan təcili yardım maşını ilə aparıblar.

Rusiya millisinin də yer aldığı B qrupunun Danimarka-Finlandiya oyunu şənbə günü Kopenhagendə başlayıb. Birinci taymın lap sonunda Erikssen huşunu itirib. Bir neçə dəqiqə ərzində həkimlər ona ilkin yardım göstərib, ürəyini bilvasitə masaj ediblər. Sonra 29 yaşlı futbolçunu xərəkdə tribunaların altındakı otağa aparıblar.

UEFA oyunun tibbi səbəblərdən dayandırıldığını bildirib, oyunçular da tribunanın altındakı otağa gediblər.