SƏHİYYƏ

Ölkədə peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 2662038, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1712118, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 949920 nəfər təşkil edir.
Sputnik

BAKI, 10 iyun — Sputnik. Azərbaycanda bu gün 37162 nəfər vaksinasiya olunub. Sputnik Azərbaycan-a bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat verib.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 32670, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4492 nəfər təşkil edib. Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 2662038, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1712118, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 949920 nəfər təşkil edir.

Qeyd edək ki, iyunun 8-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 38466 doza vaksin vurulub.

Eləcə də oxuyun:

  • Azərbaycana daha 40 min doza “Sputnik V" vaksini gətirilib

  • Bu gündən bu sahələrdə fəaliyyətə icazə verilir - Qaydalar

  • Azərbaycan vaksinasiyada MDB lideridir