CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu şəxslər vaksinasiyadan azaddırlar

28 gün ərzində üzrlü səbəbdən ikinci dozanı ala bilməyən şəxslərə 56 gün şans verilir və həmin müddətdə də ikinci dozanı vurdurmayanlar artıq növbəti 6 ay üçün gözləməli olacaqlar.
Sputnik

BAKI, 10 iyun — Sputnik. Azərbaycanda istifadə olunan bütün vaksinlərin hamısı iki dozalıdır. Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən İşçi Qrupun üzvü Nailə Daşdəmirova deyib.

O qeyd edib ki, 28 gün ərzində üzrlü səbəbdən ikinci dozanı ala bilməyən şəxslərə 56 gün şans verilir və həmin müddətdə də ikinci dozanı vurdurmayanlar artıq növbəti 6 ay üçün gözləməli olacaqlar.

Nazirlik rəsmisi deyir ki, yalnız 18 yaşına çatmayanlar, xroniki ağır xəstəliyi olanlar, hamilə və südverən analar vaksin vurdura bilməzlər.

Nazirlik rəsmisi digər məsələyə də aydınlıq gətirib. O qeyd edib ki, İgG analizi verərək COVID-19 pasportu almaq olmaz: "Yalnız PCR analizi nəticəsində təsdiqlənən şəxslər üçün pasport verilir".

"Bu gün üçün Azərbaycanda südverən analar, hamilə və 18 yaşına çatmayan şəxslər vaksinasiyadan azaddır: “Ümumdünya Səhiyyə Təşkilatının ekspertləri hazırda bu istiqamətdə tədqiqatlar aparırlar. Hələlik bununla bağlı hansısa qərar qəbul edilməyib”, - deyə o əlavə edib.

Qeyd edək ki, Azərbaycan peyvəndləmə üzrə Müstəqil Dövlətlər Birliyinin ölkələri arasında birinci yeri tutur. Belə ki, ölkə əhalisinin artıq 15,9%-i vaksinlənib. Bu isə 2,3 milyon doza vaksin deməkdir.

Eləcə də oxuyun:

  • Azərbaycana daha 40 min doza “Sputnik V" vaksini gətirilib

  • Azərbaycan vaksinasiyada MDB lideridir

  • Azərbaycanda "Pfizer" vaksininin tətbiqinə başlanacaq - Tarix açıqlandı