HADİSƏ

Yağış Goranboyda fəsadlar törətdi, vətəndaşlar çətin durumda - FOTOLAR

Yay fəsli üçün o qədər də xarakterik olmayan yağışlar daha bir bölgəmizdə vətəndaşlar üçün ciddi problemlər yaradıb.
Sputnik

BAKI, 10 iyun — Sputnik. Gecədən başlayan güclü yağış səhər saatlarında Goranboyda  fəsadlar törədib. Sputnik Azərbaycan xəbər verir ki, Gorançaydan axıb gələn sel suları evlərə, ictimai iaşə obyektlərinə, avtomobil təmiri sexlərinə dolub. Rayonun Goran qəsəbəsi ərazisində Kəlbəcərdən olan məcburi köçkün Sərxan Orucovun yaşadığı evin həyəti sel suları ilə dolduğundan orada yaşayanların hərəkəti çətinləşib:

“Gecədən güclü şimşək,yağış vardı səhər yuxudan oyananda gördüm ki, həyətimiz, evin zirzəmisi su ilə dolub. Bir təhər evdən çıxa bildim. Dağlara yağan güclü yağış Gorançayda suyu artırıb. Oradan axıb gələn sel suları kanaldan daşıb bizim həyətə evə dolub. Aidiyyatı qurumlara məlumat vermişəm. Həyətdə hərəkət etmək mümkün deyil. Suyu texniklarla çəkmək lazımdır. Hazırda çətin vəziyyətdə qalmışıq”.

Yağış Goranboyda fəsadlar törətdi, vətəndaşlar çətin durumda - FOTOLAR

Güclü yağış nəticəsində yaranan sel suları Goran qəsəbəsində fəaliyyət göstərən ictimai iaşə obyektinə də ziyan vurub. Obyektin həyəti, otaqları su altında qalıb. Sahibkar İlham Musayev Sputnik Azərbaycan-ın müxbiri Rahim Məmmədov ilə söhbətində səhər saatlarında obyekti açan zaman hər tərəfin su altında qaldığını gördüyünü deyib:

“Gecə yağış yağırdı, obyekti bağladıq getdik. Səhər işə gələndə hər tərəfin suya qərq olduğunu gördüm. Hərəkət etmək mümkün deyil, qayıq lazımdır burada gəzmək üçün. Restoranın içərisi suyun içindədir, otaqlar hamsı lil, palçıqla dolub. Bir sözlə, obyekt yararsız vəziyyətə düşüb. Yarım metrdən çoxdur suyun səviyyəsi. Adiyyatı orqanlara müraciyyət edib kömək gözləyirik”.

Artıq təbiət hadisə zamanı yaranan çətinliyi aradan qaldırmaq üçün FHN-nin avtomobilləri, canlı qüvvəsi əraziyə cəlb edilib. Həmçinin Goranboy rayon İcra Hakimiyyətin başçısı Məhərrəm Quliyev fəsadların baş verdiyi ünvana gəlib. İcra başçısı selin vurduğu ziyanın aradan qaldırılması üçün adiyyatı qurumlara göstəriş verib.

Həmçinin oxuyun:

Güclü külək şimal-qərb bölgəsində fəsadlar törədib - FOTO

Paytaxtda göydələnlərin artmasının daha bir fəsadı

Səhər saatlarında əsən güclü külək ciddi fəsadlar törədib