CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

FOTOFAKT: Bakı AVRO-2020 həsrəti ilə necə dəyişir: görkəmini dəyişmiş küçələrdən şəkillər

Bakı hər oyun günü meydançada qarşılaşacaq komandaların təmsil etdikləri ölkələrlə fərdi əlaqə qurmağa imkan verəcək vizual təqdimat hazırlayıb.
Sputnik

BAKI, 10 iyun - Sputnik. Futbol üzrə Avropa çempionatı ərəfəsində Bakını qeyri-adi instalyasiya bəzəyib. Küçədən keçənlərin diqqətini onların başı üzərində AVRO-2020-də çıxış edəcək komandaların geyimlərinin “paradı” cəlb edir. Əgər sakinlər sabah çempionatın başlandığını bilmirdilərsə belə, indi artıq hansı yığma komandaların oynayacağını da bilirlər.

Bu çox məzəlidir, çünki həm geyim formasına görə çempionat iştirakçılarını tanımaq, həm də öz Instagram səhifən üçün koloriitli bir şəkil də çəkdirmək olar. 

FOTOFAKT: Bakı AVRO-2020 həsrəti ilə necə dəyişir: görkəmini dəyişmiş küçələrdən şəkillər

Futbolçuların maykaları “gül” və “kitab” pasajlarının arasında, Bakının mərkəzindəki ən populyar turist marşrutu olan Nizami (Torqovaya) küçəsi ilə Fəvvarələr meydanın birləşdirən Nigar Rəfibəyli küçəsində yerləşib. İlk dəfədir ki, Bakı bu cür yüksək səviyyəli futbol oyunlarına ev sahibliyi edəcək. Bakı Olimpiya stadionunda “A” qrupunun üç oyunu keçiriləcək: İsveçrə-Uels (12 iyun), Türkiyə-Uels (16 iyun) və İsveçrə - Türkiyə (20 iyun). Bundan əlavə, Azərbaycan paytaxtında iyulun 3-də AVRO-2020-nin 1/4 final oyunlarından biri də baş tutacaq.

Avropanın Azərbaycan da daxil olmaqla 10 ölkəsinin 11 şəhərində keçiriləcək 16-cı Avropa çempionatı cümə günü, iyunun 11-də Romada İtaliya və Türkiyə millilərinin qarşılaşması ilə başlanacaq. Bakı hər oyun günü meydançada qarşılaşacaq komandaların təmsil etdikləri ölkələrlə fərdi əlaqə qurmağa imkan verəcək vizual təqdimat hazırlayıb. Stadionun yaxınlığında orkestr və təbilçilər oyunun başlanğıc fiti səslənmədən əvvəl azarkeşlərin əhval-ruhiyyəsini qaldıracaqlar.

FOTOFAKT: Bakı AVRO-2020 həsrəti ilə necə dəyişir: görkəmini dəyişmiş küçələrdən şəkillər

Bakının lap mərkəzində yerləşən Heydər Əliyev Mərkəzi axşamlar xüsusi olaraq işıqlandırılacaq. Rəngli işıq proyeksiyaları Olimpiya stadionunda oynayacaq komandaların ölkələrində futbolun keçmişinə, bu gününə həsr olunacaq. AVRO-2020 arenasına daxil olana qədər azarkeşləri canlı musiqi ifa edən orkestrlər, artistlər və hətta transformerlər feyziyab edəcəklər. Stadionun bilavasitə önündə təşkilatçılar turnirin qonaqlarına həm böyüklər, həm də uşaqlar üçün müxtəlif oyun tipli tədbirlərdə iştirak etməyi təklif edəcəklər.