CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dünyanın ən bahalı futbolçularının ilk beşliyi

"Barselona"nın kapitanı Lionel Messi bu siyahıda hətta ilk 15 futbolçu arasında da deyil. Hazırda "Yuventus"un şərəfini qoruyan Kriştianu Ronaldu isə ilk yüzlüyün sonlarında qeyd olunub.
Sputnik

BAKI, 10 iyun — Sputnik. Məşhur "Transfermarkt" portalı futbol üzrə Fransa millisi və "PSJ" komandasının hücumçusu Kilian Mbappeni dünyanın ən bahalı futbolçusu adlandırıb. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, hazırda hücumçunun qiyməti 160 milyon avro məbləğində dəyərləndirilir.

Siyahıda ikinci yeri Dortmund "Borussiya"sının norveçli hücumçusu Erlinq Holand (130 milyon avro), üçüncü yeri isə "Tottenhem" klubunun və İngiltərə milli komandasının hücumlarına başçılıq edən Harri Keyn (120 milyon avro) tutur.

Qeyd etmək lazımdır ki, "Barselona"nın kapitanı Lionel Messi bu siyahıda hətta ilk 15 futbolçu arasında da deyil (17-ci yer — 80 milyon avro). Hazırda "Yuventus"un şərəfini qoruyan Kriştianu Ronaldu isə ilk yüzlüyün sonlarında qeyd olunub (95-ci yer — 45 milyon avro).

Beləliklə, qiymətə görə reytinq cədvəlinin ilk pillələri bu cür görünür:

1. Kilian Mbappe (PSJ) – 160 milyon avro;

Dünyanın ən bahalı futbolçularının ilk beşliyi

2. Erlinq Holand (Borussiya D) – 130 milyon avro;

Dünyanın ən bahalı futbolçularının ilk beşliyi

3. Harri Keyn (Tottenhem) – 120 milyon avro.

Dünyanın ən bahalı futbolçularının ilk beşliyi

Reytinqdə 4-8-ci yerləri isə aşağıdakı idmançılar bölüşürlər:

Ceydon Sanço (Borussiya D) – 100 milyon avro;

Məhəmməd Salah (Liverpul) – 100 milyon avro;

Romelu Lukaku (İnter) – 100 milyon avro;

Kevin de Brüyne (Mançester Siti) – 100 milyon avro;

Neymar (PSJ) – 100 milyon avro.