FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Bakının "modern" üslubda inşa olunmuş unikal binaları - FOTO

Sputnik

Azərbaycan paytaxtının küçələrində "modern" üslubuna aid möhtəşəm binalara rəst gəlmək olar. Onların əksəriyyəti XIX əsrin sonu və XX əsrin əvvəllərinə aiddir. Həmin binalar avropalı memarların layihələri əsasında inşa olunub. Belə ki, bu üslubun özü Avropada yaranıb.

"Modern" üslubda tikilmiş binalara 28 May, Çingiz Mustafayev, Üzeyir Hacıbəyli küçələrindəki tikililər, keçmiş bankların – Peterburq Şimal bankının Bakı şöbəsinin və Tiflis kommersiya bankının binaları, habelə Kərbəlayi İsrafil Hacıyevin iqamətgahı və sair binalar aiddir.

Dünya modern üslubu gününün tarixi təsadüfən seçilməyib. Belə ki, iyunun 10-u modern üslubunun iki parlaq və görkəmli nümayəndəsi Antonio Qaudi və Eden Laxnerin anım günüdür.

İlk dəfə Dünya modern günü 2013-cü ildə qeyd olunub.

"Modern" üslubunun təşəkkül tapdığı dövrdə köhnə bədii forma və fəndlərin yenidən dərk edilməsi və incəsənətin müxtəlif növ və janrlarının çulğalaşması baş verib. Hər bir ölkədə bu üslubun özünəməxsus adı var: ABŞ-da - Tiffani, Fransada – ar-nuvo, Almaniyada- yugendstil, Avstriyada – sesession, İngiltərədə - modern stayl, İtaliyada - liberti, İspaniyada – modernizmo, Niderlandda - Nieuwe Kunst (yeni incəsənət), İsveçrədə - küknar üslubu, Rusiyada - modern.

"Modern" üslubda tikilmiş ilk bina ənənəvi olaraq memar Viktor Ortanın Brüsseldə inşa etdiyi Tassel mehmanxanasının binası sayılır. Həmin binada həm interyer, həm də eksteryer xırdalıqlara qədər diqqətlə işlənib.

1 / 19
Modern — yenilikçi memarlıq üslubudur. Bu üslub Avropada yaranaraq az bir zaman ərzində bütün dünyaya yayılıb. Bu üslubda inşa olunmuş hər bir tikili fərdi memarlıq obrazına mlikdir və öz-özlüyündə unikal sənət əsəridir.
2 / 19
Bakıya da modern memarlıq üslubu Avropadan qədəm qoyub. Bu üslubda tikilmiş biaların yaradıcıları əcnəbi memarlar, sifarişçiləri isə Bakı neft sənayeçiləri, bankirlər, tacirlər olublar.
3 / 19
Azərbaycan paytaxtında modern üslubunda 80-dən çox bina inşa olunub.
4 / 19

İslam Səfərli küçəsindəki yaşayış evi Bakıda mövcud olan "modern" üslublu binaların ən xarizmatik nümunələrindən biridir
5 / 19
Bakının Hacı Zeynalabdin Tağıyev küçəsindəki bina – burada vaxtilə Şimal Bankının Bakı şəbəsi yerləşib.
6 / 19
Bina Bakıya xas modern üslubunda və yüksək memarlıq səviyyəsində inşa olunub.
7 / 19
Hazırda binada Azərbaycan Beynəlxalq Bankının mərkəzi filialı yerləşir.
8 / 19
Bankın binası yerli əhəmiyyətli tarixi-memarlıq və mədəniyyət abidəsi kimi dövlət tərəfindən qorunur.
9 / 19
Bakıda modern üslubunda inşa olunmuş binalardan biri də Hacı Zeynalabdin Tağıyevin sarayıdır.
10 / 19
Mülki mühəndis Yuzef Qoslavski tərəfindən 1893-1902-ci illərdə inşa olunmuş saray Tağıyevin öz həyat yoldaşı Sona xanıma hədiyyəsi olub. Hazırda həmin binada Azərbaycan tarixi muzeyi yerləşir.
11 / 19
Bakının Tağıyev küçəsində "modern" üslubda tikilmiş bina.
12 / 19
Azərbaycan Dövlət Opera və Balet Teatrının binası modern üslubunun daha bir klassik və ən parlaq nümunələrindəndir.
13 / 19
1911-ci ildə tikilməsinə baxmayaraq indiyə qədər ilkin görümüşünü qoruyub saxlamış azsaylı binalardan biri.
14 / 19
Bakıda, Azərbaycan Dövlət Opera və Balet Teatrının binası qarşısında heykəl.
15 / 19
"Modern" üslubu Bakıda o qədər də çox hökmran olmayıb, cəmi 1915-ci ilə qədər. Lakin buna baxmayaraq, şəhərin memarlığında nəzərə çarpan iz qoyub.
16 / 19
On il sonra Bakı memarları yenidən həm otaqların yerləşməsi, həm də zahiri kompozisiyada "modern"i xatırladan binalar inşa etməyə başlayıblar.
17 / 19
Bakının Yusif Məmmədəliyev küçəsində "modern" üslubunda inşa olunmuş binanın fraqmenti.
18 / 19
Bakının Yusif Məmmədəliyev küçəsində "modern" üslubunda inşa olunmuş binanın fraqmenti.
19 / 19
Son illər ərzində Azərbaycan hökuməti şəhərin mərkəzi hissələrindəki tarixi binaların bərpasına yüz minlərlə manat vəsait ayırıb və onlar demək olar ki yenidən dünyaya gəliblər.