BAKI, 10 iyun — Sputnik. Bakı Olimpiya stadionunda AVRO-2020-nin ilk oyununu daha əvvəl Azərbaycan yığmasının iştirakı ilə keçirilən qarşılaşmada hakim olmuş hakimlər briqadası idarə edəcək.
UEFA-nın qərarına əsasən, AVRO 2020-nin qrup mərhələsində A qrupu çərçivəsində iyunun 12-də Bakıda, yerli vaxtla saat 17.00-da keçirilməsi planlaşdırılan Uels-İsveçrə oyununu Kleman Türpenin başçılığı altında Fransadan olan hakimlər briqadası idarə edəcək. Ona yan xətt hakimləri Nikolya Dano və Siril Qrenqor kömək edəcəklər. VAR-ın işinə Fransua Letesye rəhbərlik edəcək. Bu işdə ona Jerom Brisar, Benjamen Pajes, habelə polşalı Pavel Gil yardımçı olacaqlar. Serbiyalı Srdcan Yovanoviç isə ehtiyat hakim təyin olunub.
Maraqlıdır ki, Fransa hakimlər briqadası Klemen Tyurpen və yan xətt hakimləri Nikolya Dano və Siril Qrenqoru adları Azərbaycan futbolunun azarkeşlərinə yaxşı tanışdır. Belə ki, 2018-ci ilin Dünya Çempionatının seçmə mərhələsində Şimali İrlandiya və Azərbaycan milliləri arasında oyunda hakimlik ediblər. Həmin vaxt Belfastda Azərbaycan millisi 0:4 hesabı ilə meydan sahiblərinə uduzub.
İsveçrə - Uels oyununda VAR hakim Fransua Letesye də azərbaycanlı futbol azarkeşlərinə tanışdır. Belə ki, o 2018/19-cu il mövsümündə Avropa Liqasının qrup mərhələsi çərçivəsində baş tutan “Sportinq” – “Qarabağ” oyunun baş hakimi olub. Həmin vaxt Qurban Qurbanovun yetirmələri 0:2 hesabı ilə məğlub olublar.
Həmçinin oxuyun:
Futbol əhval-ruhiyyəsi: AVRO-2020 ərəfəsində Bakıda rəngərəng parad
AFFA uşaqlara AVRO-2020-nin biletlərini hədiyyə edib
Miqrasiya Xidmətindən əcnəbilərə AVRO-2020 ilə bağlı xəbərdarlıq