BAKI, 9 iyun — Sputnik. Şəmkirdə kəhriz quyusunda çökmə zamanı iki nəfər torpağın altda qalıb
Şəmkir rayonunun Sərxanlı yaşayış massivində qazılan kəhriz quyusu çöküb. Sputnik Azərbaycan-ın bölgə müxbiri İlham Mustafayevin məlumatına görə, hadisə nəticəsində sözügedən yaşayış massivinin sakinləri, qazıntıda fəhlə işləyən Məmmədov Rövşən Məzahir oğlu, traktorçu Tural Qələndərli müxtəlif bədən xəsarətləri alıblar. Yaralılardan T.Qələndərlinin vəziyyətinin daha ağır olması səbəbindən sonuncu Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə köçürülüb.
İlkin məlumata əsasən, hadisə yaşayış massivinə su çəkilməsi zamanı baş verib. Sakinlər ərazidə işlərin bir aya yaxındır davam etdiyini bildirib.
Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma aparılır.
Həmçinin oxuyun:
Şəmkirdə sürüşmə baş verib, torpaq altında qalanlar var