BAKI, 7 iyun - Sputnik. Android qurğularının sahibləri WhatsApp hesablarına "fleş-zəng" vasitəsilə daxil ola biləcəklər.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Webetainfo yazır.
Hazırda mesencerdə hesaba daxil olmaq üçün SMS-paroldan istifadə olunur - smartfona birdəfəlik şifrə gəlir.
Yeni funksiya işə düşəndən sonra telefona zəng gələcək, amma ona cavab vermək lazım olmayacaq - tətbiq bunu müstəqil şəkildə özü edəcək. Bunun üçün o, zənglərin tarixçəsinə əlçatanalığın təmin olunmasını istəyəcək.
Yenilik iOS-da əlçatan olmayacaq, çünki bu əməliyyat sistemində tətbiqlər zənglərin tarixçəsinə müdaxilə edə bilmirlər.
Eləcə də oxuyun:
TikTok istifadəçilərin biometrik məlumatlarını toplayır - YENİLİK
Android-də gizli funksiya aşkarlandı
Smartfon batareyalarını ən çox boşaldan mobil tətbiqlər hansılardır?