HADİSƏ

Rəsmi Bakı Pakistana başsağlığı verdi

Pakistanın Sind əyalətində, Qotki rayonunda dəmiryol stansiyasında sərnişin qatarları toqquşub. Hadisə nəticəsində 40-dək insan həyatını itirib.
Sputnik

BAKI, 7 iyun — Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyi Pakistanın Qotki bölgəsində baş vermiş qatar qəzası ilə bağlı başsağlığı verib. Sputnik Azərbaycan xəbər verir ki, bu məlumat nazirliyin rəsmi "Twitter" səhifəsində yerləşdirilib.

"Biz Pakistanın Qotki bölgəsində ölümlə nəticələnən qatar qəzası ilə bağlı xəbərdən dərin kədərləndik. Biz həlak olan 30 sərnişinin ailəsinə dərin hüznlə başsağlığı veririk. Yaralılara tezliklə şəfa diləyirik. Hazırda bizim düşüncə və dualarımız qardaş Pakistanladır ", - deyə məlumatda bildirilir.