BAKI, 4 iyun — Sputnik. Vətən müharibəsində şəhid olan əsgər Orxan Yusubov Gəncə şəhərində dəfn edilib.
Sputnik Azərbaycan xəbər verir ki, dəfn mərasimində şəhidin yaxınları, hərbçi yoldaşları, Gəncə şəhər ictimaiyyət nümayəndələri və şəhər sakinləri iştirak ediblər.
***
Bu gün Gəncə şəhərində Vətən müharibəsində şəhid olan əsgər Orxan Yusubovla vida mərasimi keçirilib. Şəhid hərbçinin nəşi Gəncədə yaşadığı evə gətirilib.
Vida mərasimində şəhidin yaxınları, şəhər İcra Hakimiyyətinin təmsilçiləri, hərbçilər, şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.
Qeyd edək ki, Yusubov Orxan Allahverdi oğlu 1992-ci ildə Gəncədə anadan olub. Vətən müharibəsinin ilk günlərində Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşüb. Onun nəşinin tapılması haqda iyunun 3-də məlumat yayılıb.
Müdafiə Nazirliyi iyunun 2-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularının yeni siyahısını açıqlayıb.
Nazirlik iyunun 2-dək dəfn edilən 2900 nəfərin, eləcə də itkin düşmüş hesab olunan 14 nəfərin foto şəkillərini, adlarını, soyadlarını, hərbi rütbəsi və doğum tarixi haqqında məlumatları təqdim edib.
"Qeyd edək ki, itkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir.
Bu link vasitəsilə Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı ilə tanış olmaq olar.
https://mod.gov.az//images/pdf/e6b76107ea25563388c2b8a28c09ba90.pdf
Həmçinin oxuyun:
* Müdafiə Nazirliyi: 14 hərbi qulluqçu itkin düşmüş sayılır
* Ermənistan morqunda azərbaycanlı hərbçilərin nəşlərinin saxlanılmasına aydınlıq gətirildi