BAKI, 4 iyun — Sputnik. "Azərbaycanfilm"in istehsal edəcəyi "Mərmər soyuğu" (rejissor: Asif Rüstəmov) adlı tammetrajlı bədii film Rusiyanın dövlət film təşkilatı "Roskino" və Triest Film Festivalının (İtaliya) beynəlxalq film marketi "When East Meets West" (Şərqlə Qərb görüşəndə) ilə birgə keçirdiyi platformaya yüzlərlə layihə arasından seçilən 9 beynəlxalq layihədən biri olub.
Sputnik Azərbaycan xəbər verir ki, iyunun 8-dək rəqəmsal formatda keçiriləcək tədbirdə səkkiz fərqli ölkədən 17-si Rusiyadan olmaqla 26 ekran əsəri birgə istehsal sahəsindəki pitçinqdə iştirak edəcək. Tədbir çərçivəsində müəlliflər rusiyalı prodüserlər ilə görüşə və birgə istehsal dəstəyi olan 10 milyon rubl (136,600 dollar) məbləği almaq şansına sahib olacaqlar.
Film daha öncə "A" dərəcəli Tallin və Sofiya beynəlxalq film festivallarının layihə marketi platformalarına seçilib və pitçinqlərdə iştirak edib.
Eləcə də oxuyun:
Kann festivalının keçiriləcəyi tarix bəlli oldu
Uşaqlıq illərimizin məşhurları: Onlar indi haradadırlar?
Özbəkistanla Azərbaycan arasında müştərək iş - sənədli və bədii filmlər çəkiləcək