FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Dünya iki təkər üstündə - FOTO

Sputnik

Dünya Velosiped Gününün təsis olunmasında məqsəd ekoloji sağlamlığa diqqət yönəltməklə yanaşı, texnologiyalar əsrində insanların fiziki aktivliyini artırmaqdır. Əlavə enerjinin sərf olunmaması, bir nəqliyyat vasitəsinin hər kəs üçün əlçatan olması, tıxacların, yollarda uzun müddət zaman keçirtməyin qarşısını almaq, ətraf mühitə daha böyük töhfə vermək üçün bu nəqliyyat vasitəsinə diqqət daha da artırılır. 

Öncə dünyadakı vəziyyətə nəzər salaq:
Dünyada velosipedlərin sayı 1 milyarddan artıqdırsa, avtomobillərin sayı 1,5 milyarddır. Avtomobillərlə müqayisədə rəqəmlər heç də az hesab edilmir. Statistikaya görə, artıq dünyada velosiped istehsalı illik olaraq avtomobil istehsalından 2,5 dəfə çoxdur.
Dünyada velosipedçilərin sayı 1 milyarddır. Velosiped və velosipedçi sayına görə dünya ölkələrinə Çin liderlik edir. Çində velosipedçilərin sayı 450 milyon, ABŞ-da 100 milyon, Yaponiyada 73 milyon, Almaniyada 62 milyon, Braziliyada 40 milyon, Hindistanda 31 milyon, İtaliyada 23 milyon, İndoneziyada 23 milyon, Böyük Britaniyada 20 milyon, Fransada 20 milyon, Hollandiyada isə 17 milyon civarındadır.

Əhalisi 300 milyondan çox olan ABŞ-da əhalinin 100 milyonu daimi velosiped sürücüsüdür. Amerikalılar isə velosiped üçün illik olaraq 81 milyard dollar vəsait xərcləyirlər.

Aparılan araşdırmalarla məlum olub ki, velosiped sürənlərin 48 faizini yeniyetmələr təşkil edir ki, onlar da artıq çəkidən azad olmaq üçün bu vasitədən istifadə edirlər.

Velosiped istehsalına görə isə bu gün dünyanın ən böyük təminatçısı Çin hesab edilir. Onu bu sırada Hindistan, Tailand, Yaponiya izləyir. Bu ölkələr ümumi velosiped istehsalının 87 faizini qarşılayır.

Statistikaya görə, dünyada günlük olaraq 364000 velosiped istehsal edilir. Bu isə bir saata, yaxud 243 dəqiqəyə görə 15 min velosiped istehsalıdır. Yaxud da bir saniyəyə 4 velosiped istehsalıdır.
Velosiped satışına gəldikdə isə, gündəlik olaraq 47 min 670 velosiped satılır.

Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat katibi Pərviz Musayev Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycanda velosipedçilərin problemlərindən danışıb: "Velosipedçilərin əsas istəyi onlar üçün uyğun yolların salınmasıdır. Velosipedçilər də yol hərəkətinin iştirakçısı olduğundan yol-hərəkət qaydalarına riayət etməlidirlər. Bizim məqsədimiz velosipedi bir idman növü olaraq inkişaf etdirməkdir. Lakin yollarla bağlı problem bizim işmizə də təsir edir, problemlər yaradır.
Düzdür, velosiped yollarının salınması ilə bağlı son illər bizdə də işlərin görülməsinə başlanılıb. Bakı Nəqliyyat Agentliyi tərəfindən müəyyən addımlar atılıb".

O bildirir ki, velosiped yolları şəbəkə şəklində olmalıdır: "Necə ki, yol ayrıcları kəsişir, velosiped yol ayrıcları da kəsişməlidir. Bundan başqa, duracaqlar yaradılmalıdır. Kiminsə şəxsi velosipedi yoxdursa, bir duracaqdan velosipedi götürüb digər duracaqda onu təhvil verə bilər. Ona görə də görülən işlərin tərkib hissəsi olaraq duaracaqlarla bağlı məsələ nəzərə alınmalıdır. Lakin qeyd edim ki, velosiped istifadəçilərinin sayı kifayət qədərdir. Duracaqların sayına gəldikdə isə konkret bir rəqəm açıqlamaq mümkün deyil".

"Qeyd edim ki, İDEA İctimai Birliyi tərəfindən bir müddətdir ki, şəhərin müəyyən yerlərində duracaqlar yaradıldı. Lakin bu duracaqların sayı çox azdır", - deyə P.Musayev əlavə edib.

Peşəkar velosipedçi, yaxın keçmişdə idmançı olaraq yarışlarda iştirak edən və hazırda təlimçi olaraq fəaliyyətini davam etdirən Vüqar Salahov müəyyən nüanslara toxunub: "Bir müddət öncəyədək velosiped bir idman növü kimi çox məşhurlaşdı, bununla məşğul olanlar da artdı. Həvəskarların da sayı artdı. İndi də nəqliyyat vasitəsi kimi istifadəçi sayı artdı. Velosipedçilər arasında hər yaşda olanlar olsa da, qeyd edim ki, gənclər - 21-35 yaşda olanlar daha çox üstünlük təşkil edir. Lakin yaşlı nəsil arasında da velosiped iştirakçılarının sayı kifayət qədərdir. Hətta iş adamları arasında da velosipedə maraq artıb. Onlar öz aralarında komandalar yaradırlar".
"Yollarda velosipedlə bağlı işarələr olsa da, təəssüflər olsun ki, bəzi sürücülər bunu nəzərə almırlar. Bəzən qəfil olaraq qapını açmaqla velosipedçinin yıxılması, əzilməsinə səbəb olurlar", - deyə o əlavə edib. 

1 / 14
Velosipedçilər Moskvada
2 / 14
Velosipedçi Parisdə
3 / 14
Velosipedçilər Brüssel küçələrində
4 / 14
Qızıl meydanda bədən tərbiyəsi paradı
5 / 14
Panda kostyumu geyinən velosipedçi
6 / 14
Musiqiçilər Rotterdamda
7 / 14
Velosipedçi Vaşinqtonda
8 / 14
Hanoyda gəlinlə bəy velosipeddə
9 / 14
Velosiped instalyasiyası Braziliyada
10 / 14
Velosipedçilər Ağ Evin qarşısında
11 / 14
Taxta velosiped idarə edən Eddi Plankart dünya rekordu qırmağa cəhd edən zaman
12 / 14
Parisdə Jean-Paul Gaultier kolleksiyasının təqdimatı
13 / 14
Braziliyalı futbol azarkeşləri Rostov Arena yaxınlığında üç metrlik velosiped sürürlər
14 / 14
Amsterdam küçələrindən birində velosiped