QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Nazirlik daha bir azad edilmiş kəndin görüntülərini paylaşıb - VİDEO

Cəbrayıl rayonunun Alıkeyxalı kəndi 2020-ci il oktyabrın 19-da erməni silahlı qüvvələrinin işğalından azad edilib.
Sputnik

BAKI, 2 iyun — Sputnik. Azərbaycan Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Alıkeyxalı kəndindən videogörüntülər hazırlayıb.

Sputnik Azərbaycan həmin videogörüntüləri təqdim edir.

2020-ci il sentyabrın 27-də başlamış Azərbaycan Ordusunun uğurlu əks-hücumu nəticəsində erməni işğalında olan ərazilərimiz geri qaytarıldı. Əksər ərazilər hərbi əməliyyatlar nəticəsində geri qaytarılsa da, Ağdam, Kəlbəcər və Laçın rayonları ötən il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatən şərtlərinə uyğun olaraq bir güllə atılmadan işğaldan azad edilib.