Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 31 may — Sputnik. "Açıq havada az sayda insanların iştirakı ilə mövcud qaydalara riayət edilməsi şərtilə toyların keçirilməsinə icazə verilsin".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.
"Artıq 1 il yarımdır ki, insanlar toy edə bilmirlər. Amma müəyyən şərtlərlə, açıq havada toylara icazə verilə bilər. Bu, insanlarla yanaşı, həm də böyük bir sektorun xahişidir", - deyə o bildirib.
O bildirib ki, COVID-19 virusu ilə mübarizədə ölkəmiz önəmli addımlar atdı, ziyalılar, deputat həmkarlarım bunun təbliğində önəmli rol oynadılar: "Amma artıq karantinlə bağlı yumşalmalar oldu. Metrolar, ticarət mərkəzləri açıldı. Bu, teatrlara da şamil olunmalıdır. Bu, sənəd adamlarının və sənətsevərlərin xahişidir".
Eləcə də oxuyun:
İki yüz iyirmi altı günün həsrəti: "Bircə M-lərə möhtac olmayaq" - REPORTAJ
Bu gündən açıq havada maskasız gəzə bilərsiz - qadağa ləğv edildi
Şəhər və rayonlarından yerüstü və hava nəqliyyatı ilə sərnişin daşımaları bərpa edilir