VİDEO

Hər kəsin səbirsizliklə gözlədiyi an - metro açıldı

Bakı Metropoliteni mayın 31-i səhər saat 6-da öz fəaliyyətini bərpa edib. Ətraflı Sputnik Azərbaycan-ın videosunda
Sputnik

 

Azərbaycanda koronavirusa yoluxanların sayı azaldığına və vaksin olunanların sayı artdığına görə karantin rejimi yenidən yumşaldılıb. Metronun açılması karantin rejiminin mərhələli yumşalma planının tərkib hissəsidir.

Mayın 31-dən karantin rejiminin bəzi məhdudiyyətləri aradan qaldırılıb.Yalnız həftəsonları ictimai nəqliyyatda, həmçinin metropolitendə sərnişindaşıma fəaliyyəti dayandırılacaq.

Onu da bildirək ki, metroda sərnişindaşıma fəaliyyəti ötən il oktyabırın 19-dan dayandırılıb. Paytaxt sakinləri müsahibələrində bildiriblər ki, metronun açılmasına çox sevinirlər, çünki belə ünvana daha tez çatmaq mümkündür:

"Metrosuz çətin idi. Hətta dözülməz. Paytaxt əhalisi xeyli vaxtdır ki, avtobuslarda sözün əsl mənasında zillət çəkirdi".