RUSİYA

Putinlə Lukaşenko Soçidə görüşdülər, lap əvvəldə isə Ryanair insidentini xatırladılar

"Sağ ol ki, gəlmisən. Danışdığımız kimi. Biz növbəti mərhələyə qədər bu barədə razılığa gəlmişdik...", - deyə Putin görüşün başlanğıcında bildirib. 
Sputnik

BAKI, 28 may - Sputnik. Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko Soçidə danışıqlar aparır. 

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, Rusiya prezidenti hələ Ryanair-in təyyarəsi ilə bağlı insident yaşanmamışdan əvvəl belaruslu həmkarı ilə görüş barədə razılaşmışdı. 

"Sağ ol ki, gəlmisən. Danışdığımız kimi. Biz növbəti mərhələyə qədər bu barədə razılığa gəlmişdik...", - deyə Putin görüşün başlanğıcında bildirib. 

"Emosiyaların coşub-daşmasına qədər", - Lukaşenko əlavə edib.

"Bəli, emosiyaların coşub-daşmasına. Bizim bu hadisələr olmadan da danışmağa sözümüz var", - deyə Rusiya prezidenti bildirib.

Rusiya rəsmi mənbələri görüşün 3 saata yaxındır davam etdiyini bildirir.  

Ryanair təyyarəsi ilə bağlı insident

Ryanair aviaşirkətinin təyyarəsi mayın 27-də Belarus paytaxtındakı "Minsk" hava limanına eniş edib. Boeing 737-800 təyyarəsi Afinadan saat 10.29-da qalxıb, lakin Vilnüsə eniş etməyib. Təyyarə "Minsk" hava limanına eniş üçün müraciət edib. Səbəb təyyarənin göyərtəsinə mina qoyulması xəbəri olub. Daha sonra istehkamçılar təyyarəyə baxış keçiriblər.

Təyyarə ilə bağlı vəziyyət barədə Belarus Prezidenti Aleksandr Lukaşenkoya xəbər verilib və o, təyyarəni qəbul etmək əmrini verib. Təyyarəni müşayiət etmək üçün havaya MiQ-29 qırıcısı qaldırılıb.

Hadisə yerində DİN istehkam-pirotexniki qrupu və əməliyyat-istintaq qrupu işləyiblər. Partlayıcı vasitələr aşkar olunmayıb.

Təhlükə barədə yalan məlumat vermə faktı üzrə cinayət işi İstintaq komitəsinin Oktyabr rayonu (Minsk şəhəri) şöbəsi tərəfindən qaldırılıb.

Protaseviçin saxlanılması

Təyyarədə 100-dən artıq sərnişin olub.

Onların arasında Belarusda ekstremist sayılan Telegram kanalının yaradıcısı Roman Protaseviç də olub.

Ötən ilin noyabrında Belarus DTK kanalın yaradıcıları Stepan Putilo və Roman Protaseviçi terrorçuluğa aid şəxslər siyahısına daxil edib.

Onların barəsində Belarus Cinayət Məcəlləsinin üç maddəsi üzrə cinayət işi qaldırılıb.

Məlumdur ki, ötən həftə DTK-nın terrorçuluğa aidiyyəti olan şəxslər sırasına daxil etdiyi Belarus prezidentliyinə keçmiş namizəd Svetlana Tixanovskaya Afinada səfərdə olub. Mayın 13-də Tixanovskaya Yunanıstan Prezidenti Katerina Sakellaropullo ilə görüşüb. Tixanovskaya bir həftə əvvəl eyni reyslə Vilnüsə qayıdıb.

Həmçinin oxuyun:

Ryanair şirkətinin "başıbəlalı" təyyarəsi Vilnüsə çatıb

Lukaşenko: "İnsanları qorumaqla qanuna uyğun hərəkət etdim"

Minsk hava limanına təcili eniş və sonra baş verənlər: Nələr olur?