Cümə axşamı, mayın 27-də, Bakıda aerobika gimnastikası üzrə 16-cı dünya çempionatına start verildi. Yarışda 22 ölkədən 171 idmançı iştirak edir.
Üç gün davam edəcək çempionatda gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aerodans və aerostep proqramlarında yarışacaqlar.
Çempionatın ilk günündə fərdi qadın, üçlük və aerostep proqramlarında təsnifat mərhələsi keçirildi və finalçılar məlum oldu.
Azərbaycanı ilk gündə fərdi proqramda idmançı Nurcan Cabbarlı təmsil edib.
Qeyd edək ki, yarış Azərbaycanda koronavirus pandemiyası ilə əlaqədar mövcüd karantin qaydalarına əsasən azarkeşlərsiz keçirilir.