İDMAN

Azərbaycanın qrup komandası dünya çempionatının finalına vəsiqə qazanıb

Vladimir Dolmatov, İmran İmranov, Balaxanım Əhmədova, Xoşqədəm Quliyeva və Nərminə Hüseynovadan ibarət Azərbaycan komandası finala çıxıb.
Sputnik

BAKI, 28 may - Sputnik. Bakıda aerobika gimnastikası üzrə dünya çempionatı davam edir.

Sputnik Azərbaycan Azərtac-a istinadla xəbər verir ki, çempionatda qrup hərəkətlərində təsnifat yarışlarına yekun vurulub.

Vladimir Dolmatov, İmran İmranov, Balaxanım Əhmədova, Xoşqədəm Quliyeva və Nərminə Hüseynovadan ibarət Azərbaycan komandası finala çıxıb. Komandamız 19,761 xal yığaraq təsnifat mərhələsində yeddinci nəticə göstərib.

Finalda, həmçinin Rumıniya (22,483 xal), Macarıstan (22,466 xal), Rusiya (21,800 xal), İtaliya (21,755 xal), Finlandiya (20,838 xal), Ukrayna (20,072 xal) və Portuqaliya (19 733 xal) mübarizə aparacaqlar.

Mayın 29-dək davam edəcək yarışda 22 ölkədən 171 gimnast birincilik uğrunda mübarizə aparır.