BAKI, 28 may - Sputnik. Yardımlı rayonunda dəhşətli hadisə baş verib.
Sputnik Azərbaycan “Report”a istnadən bildirir ki, rayonun Vərgədüz kənd sakini 1 yaşlı Nəriman Tağılı yaşadığı evin həyətində quyuya düşərək vəfat edib.
Hadisə zamanı körpənin nəzarətsiz qaldığı bildirilir.
Faktla bağlı Yardımlı Rayon Prokurorluğunda araşdırma aparılır.
Xatırladaq ki, ıbu yaxınlarda ehtiyatsızlıq üzərindən daha bir uşaq ölümü baş vermişdi. Bakının Nəsimi rayonunda çoxmərtəbəli binanın pəncərəsindən yıxılan 4 yaşlı körpə yerindəcə keçinmişdi.
Eləcə də oxuyun: