SƏHİYYƏ

İki məşhur vaksinin müqayisəli ölüm göstəriciləri: etibarı düzəltmək istəyirdi...

Şirkət bəyan edir ki, hay-küydən tək o deyil, digər vaksin istehsalçıları da zərər görür, insanların peyvənd olunmaq həvəsləri sönür. 
Sputnik

BAKI, 27 may - Sputnik. Koronavirus əleyhinə Pfizer vaksininin tətbiqindən sonra altı Avropa ölkəsində ölüm halları AstraZeneca ilə peyvənddən sonrakı ölüm faktlarından xeyli çoxdur. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə RİA Novosti İsveç-Britaniya əczaçılıq şirkətinin hesabatına istinadən yazır. 

Şirkətin Moskva nümayəndəliyindən RİA Novosti-yə sənədin həqiqiliyini təsdiq edərək bildiriblər ki, o, geniş yayılmaq üçün nəzərdə tutulmamışdı.

"COVID-19 əleyhinə vaksinlərə etibarın bərpası və tənzimləyicilər, tibb xidmətləri və əczaçılıq şirkətləri arasında əməkdaşlığın yaxşılaşdırılması - fəaliyyətə çağırış" adlı 12 səhifəlik hesabatda göstərilir ki, Fransa, Almaniya, Britaniya, Norveç, Avstriya və İtaliyada hər milyon doza vaksin qarşılığında ölüm sayı Pfizer-də AstraZeneca-dan təxminən 3 dəfə çoxdur.

 

ÖlkələrHər milyon doza qarşılığında ölüm sayı
PfizerAstraZeneca
Fransa45.317.9
Almaniya29.96.5
Britaniya20.724.2
Norveç164.3

44.6

Avstriya47.57.5
İtaliya10.97.3

Qeyd olunur ki, Britaniyada AstraZeneca kütləvi surətdə tətbiq olunur və bir sıra pasiyent kateqoriyaları üçün əsas peyvənddir. Mayın 26-na olan məlumata görə, vaksinin bir dozasını həddi-büluğa çatmış əhalinin 72,7, iki dozasını 44.8%-i alıb. 

Bir sıra Avropa ölkələrinin AstraZeneca vaksininin təhlükəli olması barədə bəyanatları və ondan imtinasına rəğmən, AstraZeneca şirkətinin hesabatında qeyd olunur ki, Pfizer-in preparatı ilə peyvınd olunanlar üçün risk daha yüksəkdir. Şirkət bəyan edir ki, hay-küydən tək o deyil, digər vaksin istehsalçıları da zərər görür, insanların peyvənd olunmaq həvəsləri sönür. 

"Bir vaksin barədə qəbul edilmiş qərar (istifadəsindən imtina) əhalinin digər vaksinlərə olan etibarını da potensial olaraq aşağı sala bilər. Kifayət qədər geniş olmayan vaksinasiya isə pandemiyanı uzadacaq", - sənəddə yazılıb.

AstraZeneca xatırladıb ki, Britaniya tənzimləyicisi və alimlər dəfələrlə deyiblər ki, koronavirusa yoluxmaq riski peyvəndin ciddi yan təsir risklərini qat-qat üstələyir. Şirkət tam şəffaflıq şəraitində vaksinasiyanın təhlükəsizliyinin təmin olunması üçün istənilən elmi qurumla əməkdaşlıq etməyə razı olduğunu bildirib.

 

Eləcə də oxuyun: 

  • İdman, səyahət, toy - Hamının "səbəb"lərinə bir qərar təkan verdi - REPORTAJ

  • Hər kəsi indi bu sual düşündürür: COVID pasportunu necə əldə edək?

  • COVID əleyhinə vaksinin üçüncü dozası: o kimlərə vurula bilər?

  • Ümumdünya Peyvənd Konqresi: COVID-19 əleyhinə ən yaxşı vaksin "Moderna"dır

  • Sovet vaxtının peyvəndi koronavirusa qalib gəlmək gücündədir - iddia