Ermənilərdən hədə-qorxu: "Azərbaycan hərbçilərini əsir götürmək imkanı həmişə var"

"Hər hansı bir diqqətsiz addımın hərbi əməliyyatlara gətirib çıxaracağını unutmamalıyıq. Bununla belə, ordu komandanlığı istənilən ssenarini nəzərdən keçirir".
Sputnik

BAKI, 27 may — Sputnik. Azərbaycanlı hərbçiləri əsir götürmək imkanı həmişə var, Ermənistanın da sərhəd bölgələrində çox sayda əsgəri mövcuddur – Sputnik Ermənistan-ın xəbərinə görə, bunu Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini, general-mayor Edvard Asryan çərşənbə günü keçirdiyi mətbuat konfransında bildirib.

"Hər hansı bir diqqətsiz addımın hərbi əməliyyatlara gətirib çıxracağını unutmamalıyıq. Bununla belə, ordu komandanlığı istənilən ssenarini nəzərdən keçirir", – deyə Baş Qərargah rəisinin müavini vurğulayıb.

Asryan təfərrüatları açıqlamaqdan imtina edib.

Qeyd edək ki, mayın 27-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qruplarının fəaliyyəti ilə bağlı daxil olan əməliyyat məlumatına əsasən diversiya qrupları saat 03:00 radələrində dövlət sərhədimizi keçib və ərazilərimizin daxilində minalama işlərini və digər təxribat əməllərini aparmağa cəhd göstərib. İlkin məlumata görə, qarşı tərəfin iki kəşfiyyat-diversiya qrupu dövlət sərhədimizi iki istiqamətdə keçib. Qrupların biri 9, digəri isə 15 hərbi qulluqçudan ibarət olub. Kəşfiyyat-diversiya qruplarının hərəkəti nəzarətə götürülüb. Ərazimizdəki təminat və digər keçid yollarında minalama fəaliyyəti həyata keçirərkən Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin hər iki qrupuna qarşı dərhal əməliyyat tədbirləri görülüb.

Nəticədə düşmənin birinci kəşfiyyat-diversiya qrupundan 1-i zabit olmaqla 4, digərindən isə 2 hərbi qulluqçu, ümumilikdə 6 nəfər tərk-silah edilərək saxlanılıb. Kəşfiyyat-diversiya qrupunun saxlanıldığı ərazinin coğrafi koordinatları: 40 dərəcə 09 dəqiqə 06 saniyə şimal enliyi, 45 dərəcə 58 dəqiqə 07 saniyə şərq uzunluğu (N 40°09′06″; E 45°58′07″).

Digər erməni hərbi qulluqçuları ərazimizi dərhal tərk edərək geriyə çəkiliblər.

Həmçinin oxuyun:

"Ermənistan ağlını başına yığmasa, Azərbaycan sarsıdıcı cavab verəcək"