CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı Beynəlxalq Avtovağzalı sərnişindaşımaya belə hazırlaşır - REPORTAJ

Mayın 31-i günü Bakıdan və cənub avtostansiyasından 6 mindən çox sərnişinin regionlara səfəri gözlənilir.
Sputnik

BAKI, 27 may — Sputnik, Zülfiyyə Quluyeva. Bir ildən çoxdur ki, bağlı qalan Bakı Beynəlxalq Avtovağzal Kompleksi nəhayət ki, mayın 31-dən öz qapısını rayonlararası və şəhərlərarası səyahət edən sərnişinlərin üzünə açacaq. Bu gün Bakı Beynəlxalq Avtovağzalında keçirilən mətbuat konfransı da elə pandemiya dövründə şəhərlərarası və rayonlararası sərnişindaşımanın necə həyata keçiriləcəyinə həsr olunmuşdu.

Bakı Beynəlxalq Avtovağzalı sərnişindaşımaya belə hazırlaşır - REPORTAJ

Sputnik Azərbaycan-ın xəbərinə görə, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova jurnalistlərə açıqlamasında bildirib ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 31 may tarixindən etibarən ölkənin şəhər və rayonlarından yerüstü və hava nəqliyyatı ilə sərnişin daşımaları bərpa edilir. Onun sözlərinə görə, artıq Bakı Beynəlxalq Avtovağzalında sərnişindaşıma ilə bağlı hazırlıq işlərinə start verilib. Avtovağzalın ərazisi, avtobuslar, bilet kassaları və sərnişin gözləmə zalları dezinfeksiya olunur.

Bakı Beynəlxalq Avtovağzalı sərnişindaşımaya belə hazırlaşır - REPORTAJ

Nuridə Allahyarova bildirib ki, Bakı və 56 regionun avtovağzallarında hazırlıq işlərinə başlanılıb. Onun sözlərinə görə, sərnişinlərdən COVID pasportu və ya digər sənəd tələb olunmayacaq. Amma hərarəti olan sərnişinlərin biletləri geri qaytarılacaq: "Pandemiya dövründə şəhərlərarası və rayonlararası sərnişindaşımaya icazə verilsə də, nəzərə almalıyıq ki, pandemiya başa çatmayıb. Ona görə də, bilet alan sərnişinlərin hərarəti ölçüləcək. Qızdırması və ya koronavirusa oxşar əlamətləri olan sərnişinlər tibb məntəqəsində yönəldiləcək. Biletləri isə geri qaytarılacaq, yaxud da başqa günə dəyişdiriləcək".

Bakı Beynəlxalq Avtovağzalı sərnişindaşımaya belə hazırlaşır - REPORTAJ

N.Allahyarova deyib ki, avtobuslarda sərnişinlər arasında ara məsafəsi olmayacaq. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən avtobuslarda kondisionerlər maksimum dərəcədə qoşulmayacaq, havalandırma olacaq. Amma müəyyən temperatur həddi keçiləndən sonra kondisionerlər işə salınacaq.

Bakı Beynəlxalq Avtovağzalı sərnişindaşımaya belə hazırlaşır - REPORTAJ

Qurum sözçüsü onu da bildirib ki, mayın 31-i günü Bakıdan və cənub avtostansiyasından 6 mindən çox sərnişinin regionlara səfəri gözlənilir. Onun sözlərinə görə, həmin gün regionlararası 450 min sərnişinin daşınması planlaşdırılır: "Bu göstərici pandemiyadan əvvəlki sərnişindaşıma ilə bağlı rəqəmlərin 75 faizini təşkil edir. Yay ərzində rəqəmlərin artacağı gözlənilir".

Bakı Beynəlxalq Avtovağzalı sərnişindaşımaya belə hazırlaşır - REPORTAJ

N.Allahyarovanın sözlərinə görə, sərnişindaşımada gediş haqqı qiymətlərində heç bir dəyişiklik olmayacaq.

Daha sonra jurnalistlər Bakı Beynəlxalq Avtovağzal Kompleksində aparılan hazırlıq işlərini izləyiblər.