CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Abituriyentlərdən COVID-19 pasportu tələb olunacaqmı

"COVID-19 pasportu yalnız nəzarətçi müəllimlərdən tələb oluna bilər. Çünki onlar kənardan gələn şəxslərdir. Bizim işçilərin hamısı peyvənd olunub".
Sputnik

BAKI, 26 may — Sputnik. Bu il qəbul imtahanında iştirak edəcək abituriyentlərdən COVID-19 pasportu tələb olunmayacaq. Bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə çərşənbə günü keçirdiyi brifinqdə məlumat verib.

"COVID-19 pasportu yalnız nəzarətçi müəllimlərdən tələb oluna bilər. Çünki onlar kənardan gələn şəxslərdir. Bizim işçilərin hamısı peyvənd olunub", – deyə o bildirib.

Abbaszadə qeyd edib ki, imtahan iştirakçılarının yaşı 18-dən aşağı olduğundan, onlara peyvənd vurulması nəzərdə tutulmur: "Onlardan sadəcə sağlam olmaları barədə bəyannamə tələb olunur", - deyə sədr vurğulayıb.

"İşçilərimizdən 68 nəfər koronavirusdan sağalıb, bir əməkdaşımız isə vəfat edib", – deyə Abbaszadə bildirib.

Həmçinin oxuyun:

Abituriyentlərin nəzərinə: Ali məktəblərə qəbul qaydaları açıqlandı

Abituriyentlərin diqqətinə: ixtisas qruplarında dəyişiklik olundu