CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Operativ Qərargahdan bütün Azərbaycanı sevindirəcək QƏRARLAR

"31 maydan açıq havada maska ləğv olundu. Bakı Metropilteni açılır" - Nazirlər Kabineti yanında Operativ Qərəgah
Sputnik

BAKI, 25 may — Sputnik. "31 maydan açıq havada maska ləğv olundu. Bakı Metropilteni açılır". Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün təşkil olunan brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi Şahmar Mövsümov deyib.

O bildirib ki, həmin tarixdən etibarən regionalararası ictimai nəqliyyat bərpa olunur.

Gələcək dövr üçün də qərarlar qəbul olunub. İyunun 10-dan ibadət yerlərinin fəaliyyətinə imkan yaradılacaq. Eyni tarixdən iri ticarət mərkəzlərinin fəaliyyəti bərpa olunur. Çimərliklərin fəaliyyətinə icazə verilir. İdman sağlamlıq-bərpa mərkəzlərinin fəaliyyəti bərpa edilir. Ancaq COVID pasportu olanlar idman müəssisələrinə buraxılacaqlar.

Gələcəkdə toylarda, konsertlərdə iştirak etmək üçün vaksinasiyadan keçmək tələb olunacaq.

"Əhalinin təxminən 10 faizi vaksinayasiyadan keçib. Yeni bir sənəd tətbiq olunur, bu, COVID pasportu adlanır. Bütün vətəndaşlar, hansı ki peyvəndi vurdurublar, onlar xüsusi vaksinasiya sertifikatı əldə edirlər. Onlar həmin sertifikatı çap edib saxlaya bilərlər, onların üzərində QR kod var. Digər sertifikat isə immunitet sertifikatıdır. Xəstələnib sağalanlara müəyyən dövrdə vaksin vurulmur. Bunların birinin mövcud olması ilə idman sağlamlıq obkeyektlərinə giriş mümkün olacaq", - Şahmar Mövsümov deyib. O bildirib ki, bu pasportlardan birinə sahib olmayanlar isə idman-sağlamlıq mərkəzlərinə daxil ola bilməyəcəklər.

Ş.Mövsümov qeyd edib ki, açılacaq obyektlərdə onların işçilərinin vaksinasiya və ya immunitet sertifikatının olması tələbi nəzərdə tutulub. Bu tələb iyunun 1-dən nəzərdə tutulub. 80 faiz işçinin COVİD pasportu olmadıqda, hətta onlar bağlana da bilər. Bu nüanslar gələcəkdə konsert, kinoteatr və digər xidmətlərə də aid ola bilər.

Yumşalmalarla yanaşı, o qədər də sevindirməyən qərar da var - həftəsonu ictimai nəqliyyatla bağlı məhdudiyyətlər qüvvədə qalıb.

Eləcə də oxuyun:

* COVID pasportu olanlara Operativ Qərargah hansı üstünlükləri verir?

* İdman, səyahət, toy - Hamının "səbəb"lərinə bir qərar təkan verdi - REPORTAJ

Şənbə-bazar ictimai nəqliyyatın aqibəti necə olacaq?

* Dərs olsun, bir də olmasın: Pandemiya əlimizdən nələri aldı

* Metro şənbə-bazar işləyəcək? Rəsmi açıqlama

* Hər kəsi indi bu sual düşündürür: COVID pasportunu necə əldə edək?