Görkəmli rəssam Fəxri Xiyabanda torpağa tapşırıldı

Bu gün Xalq rəssamının İçərişəhərdəki evində onunla vida mərasimi keçirilib. Vida mərasimində mərhumun ailə üzvləri, yaxınları və ictimai-siyasi xadimlər iştirak ediblər.
Sputnik

BAKI, 24 may - Sputnik. Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, dünya şöhrətli rəssam, SSRİ və Azərbaycanın Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Dövlət mükafatları laureatı Tahir Salahov dəfn edilib.

Sputnik Azərbaycan xəbər verir ki, T.Salahov Birinci Fəxri xiyabanda torpağa tapşırılıb.

Bu gün Xalq rəssamının İçərişəhərdəki evində onunla vida mərasimi keçirilib. Vida mərasimində mərhumun ailə üzvləri, yaxınları və ictimai-siyasi xadimlər iştirak ediblər.

Xatırladaq ki, Rusiya İncəsənət Akademiyasında çalışdığı 40 ildən çox müddətin böyük hissəsini Rəngkarlıq Bölməsinə rəhbərlik etmiş Tahir Salahov mayın 21-də Almaniyada müalicə aldığı xəstəxanada 92 yaşında vəfat edib.

* Həmçinin oxuyun:

Tahir Salahovla vida mərasimi keçirilir

* Rusiya İncəsənət Akademiyasının prezidenti Tahir Salahovun ailəsinə başsağlığı verib

Tahir Salahov vəfat edib