"Qarabağa sülh, sevgi və ümid" adlı xeyriyyə konserti keçirilib

Konsertdən yığılan ianələr "For Azerbaijan" xeyriyyə təşkilatı vasitəsilə öz ünvanlarına çatdırılacaq.
Sputnik

BAKI, 24 may — Sputnik. Dünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycan əsilli mədəniyyət xadimlərinin və Azərbaycanın dostlarının iştirakı ilə "Qarabağa sülh, sevgi və ümid" adlı xeyriyyə konserti keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, "Qarabağ uğrunda" həmrəylik cəmiyyəti tərəfindən təşkil olunan və iki fərqli proqramdan ibarət olan bu konsert canlı efirdə www.forkarabakh.com saytından və feysbuk sosial şəbəkəsinin "For Karabakh" səhifəsindən yayımlanıb. Konsert izləyicilər tərəfindən böyük maraqla və həyəcanla qarşılanıb.

Konsert ABŞ, İsrail, Böyük Britaniya, Skandinaviya ölkələri, qardaş Türkiyə, Oman Sultanlığı, Azərbaycan və bir sıra digər ölkələrdən olan musiqiçilərin iştirakı ilə reallaşıb. Onların arasında latviyalı Leilalinin, Riçardas Lapaitisin, Dase Strausun, Britaniayadan Luis Doddsun, Elçin Şhirinovun, Səbinə Rakçeyevanın, Nəzrin Rəşidovanın, Fransadan Etibar Əsədlinin, Səidə Zülfüqarovanın, Renara Axundovanın, Almaniyadan Elnarə İsmaylovanın, Boris Bloxun, Israildən Mixail Salmanın, Dina Tumarkinanın, Türkiyədən Mithat Körlerin, Elgün Guliyevin, Norveçdən Qalib Həsən Məmmədovun, Skruk xorunun, Amerikadan Han Beylinin, Nərgiz Əliyarovanın, Emil və Leyla Əfrasiyabın, Ruslan Ağababayevin, "Mənim yolum" (My Way) rəqs qrupu və bir çoxlarının çıxışları yadda qalan olub. Amerikalı iştirakçılar arasında, mərhum pianoçu, Çingiz Sadıxovun həyat yoldaşı Ceyran Sadıxova və dahi Müslüm Maqomayevin qızı Marina Maqomayeva da olub.

Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada xeyriyyə aksiyası keçirilib

Layihənin məqsədi Qarabağ müharibəsi nəticəsində psixoloji əziyyətlərə, travma almış əsgərlərin sinir pozğunluğuna, depressiyaya məruz qalmış insanlara yığılan ianələr vasitəsilə yardım göstərməkdir. Konsertdən yığılan ianələr "For Azerbaijan" xeyriyyə təşkilatı vasitəsilə öz ünvanlarına çatdırılacaq. "For Azerbaijan" xeyriyyə təşkilatı dünyanın qabaqcıl universitetlərində təhsil almış, bir çox aparıcı texnologiya və maliyyə şirkətlərində, beynəlxalq inkişaf təşkilatlarında uğurlu karyera qurmuş 50-yə yaxın peşəkar azərbaycanlının birgə təşəbbüsü ilə ərsəyə gəlib. Təşkilat qısa müddətdə qurulmasına baxmayaraq, Azərbaycanda digər xeyriyyə və rəsmi tərəfdaşlar ilə birlikdə bir çox sosial layihəni, o cümlədən hərbi münaqişədən zərər çəkiş şəxslərə, onların ailələrinə psixoloji reabilitasiyanın təmin edilməsi və maddi dəstəyin göstərilməsi, şəhid və qazi övladlarının təhsil imkanlarının genişləndirilməsi, istedadlı gənclərimizin peşəkar hazırlığının dəstəklənməsi kimi bir sıra layihələri uğurla reallaşdırıb.

Layihənin həyata keçirilməsi ideyası hələ 2020-ci ilin noyabr ayında yaranıb. Azərbaycanın qələbəsilə nəticələnən İkinci Qarabağ müharibəsindən təsirlənən, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı sənətkarlar, musiqiçilər, yazıçılar, şairlər və Azərbaycanın dostları "Qarabağ uğrunda" həmrəylik cəmiyyətini yaratdılar. Bu təşəbbüsü irəli sürən, proqramın bədii rəhbəri, uzun illər Amerikada yaşayan Cəmilə Cavadova-Spitzberq sənət dostlarını bir yerə toplayaraq, həmkarlari ilə bərabər proqramın üzərində uzun müddət çalışdı.

Müğənni koronavirusa görə işsiz qalanlar üçün xeyriyyə aksiyası keçirəcək

Proqramın həyata keçirilməsində ABŞ-da və digər ölkələrdə fəaliyyət göstərən təşkilatlar da qoşuldu. Layihənin maliyyələşdirilməsini ABŞ-da fəaliyyət qöstərən "Azərbaycan-Amerika Tibb Assosiasiyası" (Azerbaijan-American Medical Association) və "ABŞ Azərbaycanlıları Şəbəkəsi" (US Azerbaijanis Network, USAN) öz üzərinə götürdü. "Azərbaycan-Amerika Tibb Assosiasiyası" ABŞ-da və dünyada azərbaycanlı və amerikalı həkimləri bira raya gətirən təşkilatdır.

"ABŞ Azərbaycanlıları Şəbəkəsi" 2007-ci ildə təsis olunmuş ilk ümumamerika miqyaslı layihədir. Təşkilatın əsas istiqamətlərindən biri ABŞ-da yaşayan azərbaycan əsilli seçicilərin siyasi maarifləndirilməsi, ABŞ-Azərbaycan münasibətlərinin inkişafına kömək edilməsi, Azərbaycanın enerji və nəqliyyat layihələri, təhlükəsizlik sahəsində ABŞ üçün əhəmiyyəti, ölkədəki bütün etnik azlıqlara tolerant münasibət barədə Amerika ictimaiyyətini məlumatlandırmaqdır.

Havadan bayram qoxusu gəlir: ənənəvi xeyriyyə yarmarkasından video

Proqramın həyata keçirilməsinə rəhbərlik edən TRT Ankara Televiziya Yayım Prodüseri İradə Rəfizadə olub. Həmçinin, layihənin uğurla baş tutmasında Meyn ştatının Azərbaycan Cəmiyyətini, Bakı-Hyuston Qardaşlaşmış Şəhərlər Assosiasiyasını, Florida-Azərbaycan Mədəniyyət Cəmiyyətini, "Mənim yolum" ("My way") - Uşaq İnkişaf Mərkəzini, Amerika Azərbaycan Cəmiyyətləri Konqresini, Britaniya-Azərbaycan Cəmiyyətini, İsrail-Azərbaycan Beynəlxalq Birliyini (AZIZ), Fransa Azərbaycan Dialoq Assosiasiyasını və onların rəhbərlərini, Tərlan Əhmədov, İradə Axundova, Alyona Bədəlova, Töhfə Eminova, Aqil Hüseynov, Fəridə Pənahova, Yeganə Salman və Aytən Muradovanı əvəzsiz rol oynayıblar.

Proqramın bədii şura üzvləri doktor Zümrüd Dadaşzadənin, doktor Nigar Axundovanın, Günel Rzayevanın, Cahangir Novruzovun, Aysel Rəcəblinin, İslam Manafovun əməyini xüsusi qeyd etmək lazımdır.

İanələri bu səhifə vasitəsilə etmək olar: https://forazerbaijan.org/pfk/